14-cü “EaPeReg” plenar iclası

  • Tarix: 05/11/19
  • Paylaş:

2019-cu il noyabrın 27-də Latviyanın paytaxtı Riqada EaPeReg Şəbəkəsinin (Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsi) 14-cü plenar iclası keçiriləcək. Hazırda EaPeReg şəbəkəsinə vitse-prezidentlik edən Latviyanın Kommunal Təsisatlar Komissiyası (SPRK) Avropa Komissiyasının dəstəyi ilə tədbirə ev sahibliyi edəcək.

Plenar iclasın əsas məqsədi aşağıdakı məsələlərin müzakirəsidir:

  • EaPeReg şəbəkəsinin 2019-cu ildə gördüyü işləri qiymətləndirmək
  • EaPeReg şəbəkəsinin 2020-ci il üzrə fəaliyyətlərini planlaşdırmaq
  • Ekspert işçi qruplarının hesabatlarını dinləmək
  • EU4Digital Proqramının ekspertləri tərəfindən layihənin fəaliyyətlərinin təqdimatı
  • EaPeReg şəbəkəsi və Beynəlxalq Telekommunikasiya İttifaqı arasında anlaşma memorandumunun imzalanması
  • Avropa Aralıq dənizi Tənzimləyicilər Qrupunun (EMERG) təqdim olunması
  • 2020-ci ildə EaPeReg şəbəkəsinin prezident və vitse-prezidentlərinin səsvermə yolu ilə seçilməsi
  • Şəbəkənin qurulması ilə əlaqədar bəzi başqa fəaliyyətlər

Avropa İttifaqının  EU4Digital təşəbbüsünün EaPeReg şəbəkəsi ilə əməkdaşlığı çərçivəsində 2020-ci ilə qədər Şərqi Tərəfdaş ölkələr arasında vahid rouminq məkanının tətbiqi, Milli tənzimləyici orqanların müstəqilliyinin artırılması və tezlik bölgüsü üzrə əlaqələndirilmiş strategiyaların hazırlanması istiqamətində səylərə dəstək vermək nəzərdə tutulub.