Rəqəmsal səhiyyə xidmətlərinin sağlam və dayanıqlı cəmiyyətlərə töhfəsini tədqiq etmək məqsədilə Avropa səhiyyədə telematika assosiasiyası (EHTEL) 2020-ci il dekabrın 2-də və 3-də nüfuzlu ekspertlər üçün iki günlük virtual simpozium təşkil edir.
Simpozium altı iclasdan ibarət olacaq və rəqəmsal səhiyyə xidmətlərinin sürətləndirilməsi və həmin xidmətlərin sağlam və dayanıqlı cəmiyyətlərə verdiyi töhfələri araşdıracaq.
COVID-19 pandemiyası, rəqəmsal səhiyyə xidmətlərinin genişləndirilməsi üçün yeni imkanlar yaradaraq rəqəmsal səhiyyə üzrə texnoloji həllərin əhəmiyyətini ön plana çıxarıb. “Artıq məsafədən səhiyyənin təşviqi və ya sağlam yaşlanma üzrə rəqəmsal dəstəkdən söhbət getmir. Hazırda qarşımızda duran ən mühüm vəzifə səhiyyə, eləcə də sosial sahələrdə və iqtisadiyyatda dayanıqlılığın artmasına kömək edən genişmiqyaslı həllər üçün şərait yaratmaqdır”, – deyə təşkilatçılar bildirib.
İştirak ödənişsizdir – qeydiyyatdan keçmək üçün buraya klikləyin.