Roaminq üzrə mütəxəssis işçi qrupunun (REWG) 7-ci görüşü

  • Tarix: 15/10/19 – 16/10/19
  • Paylaş:

EaPeReg Şəbəkəsinin (Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsi) Roaminq üzrə mütəxəssis işçi qrupunun (REWG) 7-ci görüşü 

15-16 oktyabr 2019-ci il tarixlərində Çex Respublikasının paytaxtı Praqada keçiriləcək. Tədbir, Rabitə və İnformasiyalaşdırma üzrə Dövlət Nəzarəti Milli Komissiyası (NCCIR) ilə əməkdaşlıq çərçivəsində Avropa Komissiyasının maliyyə dəstəyi ilə Çex Rabitə Ofisi (CTU) tərəfindən təşkil edilir.  

Roaminq üzrə mütəxəssis işçi qrupunun 7-ci görüşünün əsas məqsədi altı Şərq Tərəfdaşlığı ölkəsi arasında Regional rouminq razılaşmasının imzalanmasına yönəlmiş (RRR-ə yönəlmiş Yol Xəritəsi) Yol Xəritəsinin icrasında görülən işlərin gedişatını, xüsusən toplanmış rouminq məlumatlarının təhlilinin nəticələrini, ÜTT-nin müzakirə sənədinin müvafiq nazirliklərlə məsləhətləşmələrinin nəticələrini, eləcə də RRR-ə yönəlmiş Yol Xəritəsinin icrası çərçivəsində bu ilin sonuna qədər görüləcək mühüm tapşırıqları təqdim etmək və müzakirə etməkdir.  

Bundan əlavə, iştirakçılar ilin sonuna kimi rouminqə dair planlaşdırılan görüşlərin məzmununu və ya gündəliyini (maraqlı tərəflərlə görüş və milli səviyyədə operatorlarla görüş), 2020-ci il üçün REWG Fəaliyyət Planı və EU4Digital Layihəsi çərçivəsində REWG fəaliyyətlərini müzakirə edəcəklər.