Müstəqil Tənzimləyicilər və Genişzolaqlı Rabitə üzrə Mütəxəssis Qrupunun (IRB EWG) 8-ci görüşü
Tarix:
03/10/19 to 04/10/19
EaPeReg Şəbəkəsinin (Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsi) Müstəqil Tənzimləyicilər və Genişzolaqlı Rabitə üzrə Mütəxəssis Qrupunun (IRB EWG) 8-ci görüşü 3-4 oktyabr 2019-cu il tarixlərində Yunanıstanın İraklion şəhərində keçiriləcək. Tədbir Avropa Komissiyasının maliyyə dəstəyi ilə IRB EWG tərəfindən təşkil edilir.
Görüşün ilk günü Müstəqil Tənzimləyicilər ilə bağlı məsələlərə, ikinci günü isə Genişzolaqlı rabitə infrastrukturunun və xidmətlərinin qurulması məsələsinə həsr olunacaq. Tədbirin əsas məqsədi EU4Digital komandası tərəfindən IRB EWG mütəxəssisləri ilə əməkdaşlıq çərçivəsində hazırlanmış müstəqil milli tənzimləmə orqanının (MTO) qiymətləndirmə metodologiyasının müzakirəsi və müstəqil qiymətləndirmə metodologiyasını tamamlamaq üçün növbəti tədbirlərə dair razılığa gəlmək və müstəqil qiymətləndirmə fəaliyyətlərinə başlamaqdır.
Bundan başqa, iştirakçılar Şərqi Tərəfdaş ölkələrində MTO-ların mövcud statusunu və aprel ayında baş tutan son görüşdən sonra tənzimləyici idarəetmə sahəsində irəli sürülən qanunvericilik təşəbbüslərini təqdim edəcəklər. Sözügedən komanda üzvlərinin həmçinin 2019-cu il üzrə Fəaliyyət Planının mövcud vəziyyətini və ŞT ölkələrində genişzolaqlı rabitənin inkişafına dair EU4Digital və Dünya Bankının mütəxəssisləri tərəfindən təqdim edilən plan ilə uyğunlaşdırılacaq 2020-ci il üzrə Fəaliyyət Planının ilkin versiyasını müzakirə edəcəyi gözlənilir.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.