Aİ 2023-2024-cü illərdə rəqəmsal transformasiya sahəsinə 4,5 milyard avro ayırmağı planlaşdırır

  • Tarix: 24/01/23
  • Paylaş:

Avropa İttifaqı rəqəmsal transformasiya sahəsi ilə bağlı məqsədlərinə nail olmaq üçün 2023-2024-cü illər ərzində Horizon Europe iş proqramı çərçivəsində adı çəkilən sahəyə 4,5 milyard avrodan çox vəsait ayırmağı planlaşdırır. Bu, təxminən 13,5 milyard avro büdcəyə malik iş proqramının ümumi büdcəsinin 33%-dən çoxunu təşkil edir. Bu yolla Avropadakı tədqiqatçılara və novatorlara rəqəmsal, həmçinin ətraf mühit, enerji və geosiyasi problemlər üzrə müasir texnoloji həllərin yaradılmasına dəstək veriləcək. Avropa Komissiyası sözügedən iş proqramını 2022-ci il dekabrın 6-da qəbul edib.

Ayrılacaq maliyyə vəsaitinin köməyilə Aİ mühüm rəqəmsal texnologiyalar yaradacaq və həmin texnologiyaları gündəlik həyatımıza inteqrasiya edəcək. 2023-cü ildə iş proqramı çərçivəsində həmçinin Aİ-nin dayanıqlığını gücləndirmək mqsədilə fiziki və kibertəhdidlərə qarşı son dəcərə mühüm əhəmiyyət daşıyan infrastrukturun qurulmasına dəstək veriləcək.

Aİ-nin 95,5 milyard avro büdcəyə malik daha geniş tədqiqat və innovasiya proqramının bir hissəsi olan “Horizon Europe” proqramı üçün 2023-2024-cü illər ərzində ayrılan maliyyə vəsaiti Ukraynanı dəstəkləmək, iqtisadi dayanıqlığı artırmaq və COVID-19 pandemiyasından sonra dayanıqlı bərpa prosesinə töhfə vermək üçün məqsədyönlü tədbirlərə yönəldiləcək. Bu yolla Aİ iqlimlə bağlı məqsədlərinə nail olmağı və enerji dayanıqlığını artırmağı nəzərdə tutur. O, həmçinin bütün Avropa boyunca tədqiqatçıların və novatorların iştirakının artırılması, daha çox yerdəyişmə və dünya səviyyəli tədqiqat infrastrukturları üçün daha çox maliyyə vəsaiti daxil olmaqla Avropanın tədqiqat və innovasiya ekosistemini gücləndirməyə kömək edəcək.

Tədqiqat və innovasiyalar üçün ayrılacaq 13,5 milyard avro Avropanın gələcəyinə yatırılan vəsaitdir. Onun köməyilə Yaşıl Təşəbbüs çərçivəsində planlaşdırılan tədbirləri həyata keçirmək, Avropada rəqəmsal transformasiyanı maksimim dərəcədə artırmaq və Avropanı daha dayanıqlı və rəqabət qabiliyyətli etmək mümkün olacaq.

Avropa Komissiyasının rəqəmsal texnologiyalar üzrə proqramının icraçı vitse-prezidenti Marqaret Vestager

Ukraynaya ünvanlı dəstək 

Ukraynaya ünvanlı dəstək 2022-ci ildə başlanmış 70 milyon avroluq xüsusi tədbirlərə əlavədir. Yeni tədbirlərə Ukraynadan olan tədqiqatçıların Avropa tədqiqat infrastrukturlarına çıxış imkanlarının genişləndirilməsi, tibb sahəsində çalışan ukraynalı alimlərə davamlı dəstək və Aİ-nin İqlimin Neytrallaşdırılması və Ağıllı Şəhərlər üzrə Missiyası vasitəsilə Ukraynanın bir sıra şəhərlərinin iqlimə qarşı yenidən qurulmasına dəstək daxildir.

Növbəti tədbirlər

2022-ci il dekabrın 7-də Aİ-nin maliyyə və tenderlər portalında layihə təkliflərinin ilkin qəbuluna başlanıb. Potensial ərizəçilər üçün Horizon Europe Məlumat Günləri 16 fevral 2023-cü il tarixinədək davam edəcək.

Mətbuat üçün açıqlama