Aİ-nin Kodlaşdırma Həftəsi 2023

  • Tarix: 07/10/23 – 22/10/23
  • Paylaş:

Hər il bütün yaş dövründə olan və müxtəlif tarixçəyə malik şəxslər arasında rəqəmsal texnologiyalar sahəsində savadlılığın və kodlaşdırma bacarıqlarının əhəmiyyətini vurğulayan Aİ-nin Kodlaşdırma Həftəsi keçirilir. İstənilən şəxs hər hansı tədbirə qoşula və özü təşkil edə bilər. Tədbirlər bütün il boyunca keçirilir, amma iki həftə xüsusilə Kodlaşdırma Həftəsi üçün ayrılıb. Bu il Kodlaşdırma Həftəsinin 7-22 oktyabr arası tarixlərində keçirilməsi nəzərdə tutulub. 

Dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən Kodlaşdırma Həftəsinin könüllüləri sayəsində Kodlaşdırma Həftəsi hər il uğurla keçirilir və bütün yaş qruplarına və tarixçəyə malik şəxslərə kodlaşdırma və rəqəmsal bacarıqlar haqqında öyrənməyə və onlarla eyni maraqları bölüşən şəxslərlə əlaqələr qurmağa imkan verən çoxlu sayda tədbirlər təşkil edilir. 

Hazırda davam edən tədbirlər və resurslar

Kodlaşdırma Həftəsi çərçivəsində təşkil olunan ən maraqlı tədbirlərdən biri Hakatondur. Bu, Avropanın bir neçə ölkəsində təşkil olunur. Bu ilki hakatonun mövzusu “Problemlərin həlli və arzularını reallaşdırmaq üçün kodlaşdır” olacaq. Bu, kodlaşdırma bacarıqlarını nümayiş etdirmək, həmkarlarla əməkdaşlıq edərək çalışmaq və əyləncəli prosesdən zövq almaq istəyən şəxslər üçün əla fürsətdir. Önümüzdəki aylarda hakatonların təşkili üçün ölkə səfirləri ilə görüşlər keçirilməyə başlayıb. 

Kodlaşdırma Həftəsinə aid daha bir tədbir Kütləvi açıq onlayn kurslardır (MOOC). Bu il aprelin 13-dən 19-dək davam edəcək kursun mövzusu “Təhsildə süni intellektin potensialının üzə çıxarılması”dır. Kodlaşdırma Həftəsi çərçivəsində təşkil olunan MOOC məktəbəqədər, ibtidai və orta məktəb müəllimlərini praktiki ideyalar, alətlər və resurslarla təmin edərək onlara kodlaşdırma və hesablama düşüncəsi haqqında dərslər təşkil etmək və şagirdləri rəqəmsal dünyaya hazırlamağa kömək edir. 

Kodlaşdırma Həftəsi çərçivəsində bir sıra mövzulara aid podkastlar hazırlanacaq. Podkastlarda Metakainat, kibertəhlükəsizlik və gənclərin kodlaşdırma sahəsinə cəlb edilməsi kimi müxtəlif mövzulara toxunulacaq. Podkastların aprel ayında hazırlanması nəzərdə tutulub. Onlar kodlaşdırma və rəqəmsal bacarıqlarla maraqlanan istənilən şəxs üçün olduqca dəyərli resurs olacaq və müzakirə və ideyaların mübadiləsi üçün platforma rolunu oynayacaq. 

Kodlaşdırma Həftəsinə siz də qoşulun!

Kodlaşdırma Həftəsi 2023 məktəblərdə və digər yerlərdə kodlaşdırma haqqında dərslərin keçirilməsinə yönəlmiş kütləvi tədbirlər təşkil olunacaq. Hər kəs tədbir təşkil edə və ya tədbirlərə qoşula bilər: bir mövzu və hədəf auditoriya seçin, sonra tədbirinizi tədbir xəritəsinə əlavə edin. 

Kodlaşdırma Həftəsinin komandası həmçinin həftə çərçivəsində tədbirlərin təşkilinə, icmalar arasında təşəbbüslərin təşviqinə yardım edəcək bir sıra materiallar hazırlayıb. Kodlaşdırma Həftəsi, Kodlaşdırma Həftəsi 2023 və əlaqədar Hakaton, MOOC, podkastlar və kodlaşdırma və rəqəmsal bacarıqlar haqqında öyrənmək istəyən insanları bir araya gətirən bir çox digər tədbirlər haqqında daha ətraflı məlumat üçün Aİ-nin Kodlaşdırma Həftəsinin internet səhifəsini ziyarət edin. Siz həmçinin həmçinin Kodlaşdırma Həftəsinə dair bloqa nəzər sala bilərsiniz.