EU4Digital təşəbbüsünün dəstəyi ilə Azərbaycanda “InnoWeek 2020” adlı innovasiya həftəsi keçiriləcək

    • Tarix: 05/10/20 – 09/10/20
    • Paylaş:

    2020-ci ilin 5-9 oktyabr tarixlərində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sayca üçüncü “İnnovasiya həftəsini” təşkil edəcək. EU4Digital, gənclər arasında innovativ fikirlərin mübadiləsində və inkişaf etdirilməsində, eləcə də ölkədə startapların inkişafının genişləndirilməsində mühüm rol oynayan tədbirin tərəfdaşı və həmtəşkilatçısıdır.

    Keçən il təşkil olunan İnnovasiya həftəsində Azərbaycandan və xarici ölkələrdən 2800-dən artıq iştirakçı və 70-dən artıq məruzəçi qatılıb. COVID-19 virusu ilə əlaqədar məhdudiyyətlər səbəbindən bu il tədbir tamamilə rəqəmsal formatda keçiriləcək.

    EU4Digital təşəbbüsünün təşkilatçılığı ilə, oktyabrın 9-da sözügedən həftə çərçivəsində keçiriləcək “Femtech” adlı tədbirdə panel müzakirələrə öz töhfəsini verəcək ekspert məruzəçi çıxış edəcək. “Femtech” tədbirinin məqsədi gənc qız və qadınlara İKT və innovasiyaların və bu sahə üzrə təhsilin əhəmiyyəti və texnologiya sektorunda bir sıra iş imkanları haqqında daha çox məlumat öyrənməyə kömək etmək məqsədi daşıyır.

    İnnovasiya həftəsi ərzində keçiriləcək digət tədbirlərə daxildir: “I2B – İdeyadan biznesə” (5-6 oktyabr), “RoboChallenge” müsabiqəsi (6 oktyabr), “Rəqəmsal bacarıqlar və məşğulluq koalisiyası” (6 oktyabr), “Dünya şəbəkə sammiti” (7-9 oktyabr), eləcə də internet, maliyyə, bankçılıq, texnologiya, nəqliyyat, investisiyalar, biznes, sığorta, innovasiyalar və digər sahələri əhatə edəcək virtual panellər, “CyberTECH 2020” tədbiri (7 oktyabr), “MainTech Forum” (Azərbaycanda istehsal olunub: İnnovasiyalar və Texnologiyalar Forumu) (8 oktyabr), və oktyabrın 9-da 2019-2020-ci illərdə ən təşəbbüskar və fəal şirkət və layihələrə İnnovasiya Mükafatı təqdim olunacaq.