Azərbaycanlı rəsmilər kibertəhlükəsizlik sahəsində Estoniya təcrübəsini öyrənmək üçün bu ölkəyə səfər edəcəklər

  • Tarix: 05/11/19
  • Paylaş:

Noyabrın 12 və 13-də Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Kibertəhlükəsizlik Xidmətinin üç yüksək vəzifəli nümayəndəsi şəbəkə və informasiya sistemləri, eləcə də kibertəhlükəsizlik strategiyalarına dair qanunvericiliyin hazırlanması və tətbiqində Estoniya təcrübəsini öyrənmək və müzakirə etmək üçün bu ölkəyə səfər edəcəklər. Sözügedən səfər tanışlıq xarakteri daşıyır və Aİ tərəfindən maliyyələşdirilir.

Aİ-nin “TAİEX” aləti çərçivəsində maliyyələşdirilən səfərin məqsədi aşağıdakı kimidir:

  • Estoniyanın kibertəhlükəsizlik sahəsindəki qanunvericiliyi ilə bağlı və praktiki təcrübəsinin öyrənilməsi (həmçinin bacarıqların artırılması);
  • Kibertəhlükəsizlik sahəsində qanunvericiliyin hazırlanmasına dair bilik və bacarıqların əldə edilməsi;
  • Estoniya və Azərbaycan arasında kibertəhlükəsizlik sahəsində sıx əməkdaşlığın qurulması;
  • Estoniyanın kibertəhlükəsizlik sahəsində təcrübəsinin Azərbaycanda tətbiq edilməsi. 

Səfərin ilk günü rəsmilər Estoniyanın hökumət nümayəndələri və ekspertlərlə görüşəcəklər. İkinci gün isə dövlət və özəl sektor arasında tərəfdaşlıqlara həsr olunacaq.

Estoniya rəsmiləri və ekspertlər, Aİ-yə Üzv Dövlətlərdə informasiya sistemlərinin təhlükəsizliyinə dair milli strategiyanın qəbul edilməsi tələbini irəli sürən şəbəkə və informasiya sistemlərinin təhlükəsizliyinə dair Aİ Direktivinin həyata keçirilməsi sahəsində Estoniyanın təcrübəsini Azərbaycanlı rəsmilərlə bölüşəcəklər. Görüşlərdə Aİ-nin Şəxsi Məlumatların Qorunmasına dair Direktivi (GDPR Reqlamenti) daxil olmaqla, məlumatların qorunmasına dair əsas müddəalar diqqət mərkəzində olacaq, çünki onlar şəbəkə və informasiya sistemlərinin təhlükəsizliyini təmin edərkən məlumat sızmalarının effektiv şəkildə aradan qaldırılmasında vacib əhəmiyyət daşıyır.

Adı çəkilən səfər Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TAIEX) tərəfindən təşkil edilir.

Səfər haqqında ətraflı məlumat