Beynəlxalq Etibarlı Blokçeyn Tətbiqləri Assosiasiyasına (INATBA) üzvlük beynəlxalq əməkdaşlığa və blokçeyn texnologiyalarının tətbiqinə kömək edəcək

  • Tarix: 30/03/23 – 30/03/23
  • Paylaş:

EU4Digital proqramı Şərq Tərəfdaşlığından olan maraqlı tərəflərlə əlaqə yaratmaq və onları Aİ-nin Beynəlxalq Etibarlı Blokçeyn Tətbiqləri Assosiasiyasına (INATBA) üzv olmağa təşviq etmək məqsədilə virtual görüş təşkil edir. 

Tədbirin məqsədi ŞT-də yerləşən blokçeyn assosiasiyalarının və normayaradan orqanların nüfuzlu ekspertlər və oxşar Aİ təşkilatları ilə inteqrasiyasını dəstəkləməkdir. Bu da öz növbəsində Şərq Tərəfdaşlığı ölkələrində blokçeyn ekosisteminin tənzimlənməsində və inkişafında müsbət dəyişikliklərə töhfə verə bilər. 

EU4Digital proqramının fəaliyyətlərinin əsas benefisiarları:  

  • Milli blokçeyn assosiasiyaları;  
  • Sənaye müəssisələri;  
  • Blokçeyn üzrə normayaradan orqanlar.  

Benefisiarlar elmi dairələrdə və hökumətdə çalışan nüfuzlu ekspertlərlə əlaqələr qurmaq yolu ilə, eləcə də INATBA-nın qabaqcıl standartlar təyin edən təşkilatlar və qlobal təşəbbüslərlə tərəfdaşlığı vasitəsilə şəbəkələşmə və biliklərin mübadiləsi imkanlarını genişləndirə bilərlər. 

Tədbir iştirakçıları INATBA-nın təqdim etdiyi imkanlar və müxtəlif mövzular üzrə işçi qruplar çərçivəsində fəaliyyət göstərən assosiasiya üzvlərinin təcrübəsi haqqında ətraflı məlumat ala biləcəklər. Tədbirdə həmçinin INATBA-nın qabaqcıl standartlar təyin edən təşkilatlar və qlobal təşəbbüslərlə tərəfdaşlığı vasitəsilə praktiki əlaqələrin və əməkdaşlığın qurulması barədə də geniş təqdimatlar olacaq.  

Görüşdə aşağıdakı mövzular müzakirə olunacaq: 

  • Aİ-nin blokçeyn strategiyası haqqında ümumi məlumat;
  • INATBA, onun xidmətləri və potensial əməkdaşlıq imkanlarının təqdimatı;
  • INATBA-da üzvlüyə dair təcrübə; 
  • Sənaye müəssisələri ilə əməkdaşlıq və tərəfdaşlıq imkanları. 

Sual-cavab sessiyası zamanı iştirakçılar sual vermək və üzvlük haqqında öyrənmək imkanı əldə edəcəklər. 

INATBA və tədbirin məruzəçiləri və proqramı haqqında daha ətraflı məlumatı buradan oxuyun. 

Əlaqə və əlavə məlumat 

2019-cu ildə Avropa Komissiyası tərəfindən yaradılmış Beynəlxalq Etibarlı Blokçeyn Tətbiqləri Assosiasiyası (INATBA) Avropada və dünyada blokçeyn və bölüşdürülmüş kitabça texnologiyasının (DLT) mənimsənilməsini müdafiə edən yüksək səviyyəli nüfuzlu assosiasiyadır. INATBA əsasən tənzimləyicilər və normayaradanlar tərəfindən etibarlı qurum kimi tanınır. 

Hədəf auditoriyaya aidsinizsə və tədbirdə iştirak etmək istəyirsinizsə, EU4Digital@lt.ey.com ünvanına “INATBA-ya üzvlük” başlığı ilə təşkilatçı komanda ilə əlaqə saxlayın.