Tədbirin məqsədi ŞT-də yerləşən blokçeyn assosiasiyalarının və normayaradan orqanların nüfuzlu ekspertlər və oxşar Aİ təşkilatları ilə inteqrasiyasını dəstəkləməkdir. Bu da öz növbəsində Şərq Tərəfdaşlığı ölkələrində blokçeyn ekosisteminin tənzimlənməsində və inkişafında müsbət dəyişikliklərə töhfə verə bilər.
EU4Digital proqramının fəaliyyətlərinin əsas benefisiarları:
Milli blokçeyn assosiasiyaları;
Sənaye müəssisələri;
Blokçeyn üzrə normayaradan orqanlar.
Benefisiarlar elmi dairələrdə və hökumətdə çalışan nüfuzlu ekspertlərlə əlaqələr qurmaq yolu ilə, eləcə də INATBA-nın qabaqcıl standartlar təyin edən təşkilatlar və qlobal təşəbbüslərlə tərəfdaşlığı vasitəsilə şəbəkələşmə və biliklərin mübadiləsi imkanlarını genişləndirə bilərlər.
Tədbir iştirakçıları INATBA-nın təqdim etdiyi imkanlar və müxtəlif mövzular üzrə işçi qruplar çərçivəsində fəaliyyət göstərən assosiasiya üzvlərinin təcrübəsi haqqında ətraflı məlumat ala biləcəklər. Tədbirdə həmçinin INATBA-nın qabaqcıl standartlar təyin edən təşkilatlar və qlobal təşəbbüslərlə tərəfdaşlığı vasitəsilə praktiki əlaqələrin və əməkdaşlığın qurulması barədə də geniş təqdimatlar olacaq.
Görüşdə aşağıdakı mövzular müzakirə olunacaq:
Aİ-nin blokçeyn strategiyası haqqında ümumi məlumat;
INATBA, onun xidmətləri və potensial əməkdaşlıq imkanlarının təqdimatı;
INATBA-da üzvlüyə dair təcrübə;
Sənaye müəssisələri ilə əməkdaşlıq və tərəfdaşlıq imkanları.
Sual-cavab sessiyası zamanı iştirakçılar sual vermək və üzvlük haqqında öyrənmək imkanı əldə edəcəklər.
2019-cu ildə Avropa Komissiyası tərəfindən yaradılmış Beynəlxalq Etibarlı Blokçeyn Tətbiqləri Assosiasiyası (INATBA) Avropada və dünyada blokçeyn və bölüşdürülmüş kitabça texnologiyasının (DLT) mənimsənilməsini müdafiə edən yüksək səviyyəli nüfuzlu assosiasiyadır. INATBA əsasən tənzimləyicilər və normayaradanlar tərəfindən etibarlı qurum kimi tanınır.
Hədəf auditoriyaya aidsinizsə və tədbirdə iştirak etmək istəyirsinizsə, EU4Digital@lt.ey.com ünvanına “INATBA-ya üzvlük” başlığı ilə təşkilatçı komanda ilə əlaqə saxlayın.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.