

Əsas səhifə / Xəbərdar olun / Son xəbərlər
COVID-19 pandemiyasından sonra: Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal biznesə keçidin gücləndirilməsi
Tarix: 08/12/21
EU4Business proqramının “Siyasətdən fəaliyyətə” adlı layihəsi tərəfindən dərc olunan yeni hesabatda Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal biznesə keçidin yeni səviyyəyə çatdırılması istiqamətində mövcud çətinliklər və prioritetlər əks olunub.
“COVID-19 pandemiyasından sonra: Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal biznesə keçidin gücləndirilməsi” adlı hesabatda dörd mühüm sahə ətraflı tədqiq edilir və qarşıda duran vəzifələr, görülən işlərin cari vəziyyəti və gələcək planlar nəzərdən keçirilir.
- Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal transformasiyanın anlaşılması
- Rəqəmsal iqtisadiyyat üçün təməl şərtlər
- Rəqəmsal iqtisadiyyat üçün tələb olunan bacarıqlar
- KOB-ların rəqəmsal texnologiyalara keçidinə dəstək
Bağlantı
Təməl şərtlər baxımından rəqəmsal texnologiyalara keçidin uğurlu olması üçün internet bağlantısının mövcudluğu ilkin və mühüm addımlardan hesab edilir. Bununla belə, genişzolaqlı internet şəbəkəsinin tətbiqi ŞT ölkələrində fərqli formada həyata keçirilir, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri səviyyəsindən geridə qalır, o cümlədən şəhər və kənd yerləri, KOB-lar və böyük şirkətlərdə özünü fərqli şəkildə göstərir. ŞT ölkələri əlverişli qiymətə yüksək sürətli genişzolaqlı internetin tətbiqini sürətləndirməli və rəqabət qabiliyyətini və özəl investisiyaları stimullaşdırmaqla bağlantı sahəsində olan boşluqları aradan qaldırmalıdırlar.
Elektron kommersiya
Eynilə ŞT ölkələrində elektron kommersiya sektorunun inkişafı sürətli olmuşdur, lakin hələ də ilkin mərhələdə qalmaqdadır. Qanunvericilik bazasında mühüm boşluqlar var və Avropanın daha geniş elektron kommersiya bazarları ilə inteqrasiyası məhdud şəkildədir. Üstəlik, elektron imza ilə bağlı mövcud qanunvericilik bazası beynəlxalq standartlara uyğun deyil. Elektron kommersiya tərəfindən təklif olunan artım potensialını artırmaq üçün ŞT ölkələrindəki normayaradan orqanlar istehlakçıların müdafiəsi və rəqəmsal təhlükəsizliyi tənzimləyən qanunvericilik bazalarını gücləndirə və elektron imza və etimad xidmətləri üçün standartları, həmçinin rəqəmsal təhlükəsizlik qanunvericiliyini və məlumatların qorunması üzrə Aİ-nin standart və bazaları ilə uyğunlaşdıra bilərlər.
Rəqəmsal bacarıqlar
Rəqəmsal bacarıqların təşviqi rəqəmsal transformasiya baxımından mühüm rol oynayır. Bununla belə, kiçik və orta sahibkarlıq müəssisələri (KOB-lar) rəqəmsal vasitələrin potensialını dərk edə bilmir və ixtisaslı işçiləri cəlb etməkdə çətinlik çəkirlər. Ümumiyyətlə, ŞT ölkələrində İKT bacarıqlarının inkişafı OECD ölkələrindən xeyli geridə qalır və məktəblərdəki tədris planları ümumilikdə sürətlə inkişaf edən texnologiyalara uyğunlaşmaq üçün kifayət qədər çevik deyil. ŞT ölkələrinin hökumətləri rəqəmsal transformasiyanı həyata keçirmək üçün lazımi bacarıqlara malik KOB-ların rəhbərləri və işçilərinin hazırlanması üçün tədbirləri nəzərdən keçirməlidir. Buraya müxtəlif növ təlimlər haqqında məlumatlılığın artırılması və müvafiq bacarıqlara çıxış əldə etmək və qabaqcıl təcrübələri təşviq etmək üçün yerli ekosistemlərdən və icmalardan istifadə daxildir.
Rəqəmsal texnologiyalar ilə bağlı strategiya
Rəqəmsal texnologiyalar ilə bağlı strategiyalar əsaslı rəqəmsallaşma siyasətlərinin yaradılmasında ən uyğun alətlər hesab edildiyi üçün onlar ŞT ölkələrində daha geniş şəkildə yayılır. Buna baxmayaraq, sözügedən alətlər nadir hallarda KOB-ların rəqəmsallaşdırılmasını təşviq etmək üçün konkret tədbirləri əhatə edir. Bununla belə, KOB-ların rəqəmsal transformasiyasını dəstəkləyən təşəbbüslər həm də əhatəli strateji sənədlər kontekstindən kənara çıxa bilər.
Tövsiyələr
Normayaradan orqanları islahatlar üzrə səylərə həvəsləndirmək məqsədilə sözügedən hesabatda Şərq Tərəfdaşlığı ölkələrində KOB-ların rəqəmsal transformasiyasını dəstəkləmək üçün müəssisələrə dəstək agentliklərinin faydalanması üçün siyasət tədbirlərinin “ətraflı planı” təqdim edilib:
- Güclü rəqəmsallaşdırma siyasəti sahəsində mandatı olan icraçı təşkilat – məsələn, milli müəssisə və ya KOB-lara dəstək orqanı rəqəmsal transformasiyasını inkişaf etdirmək istəyən müəssisələr üçün “rəqəmsal bir pəncərə” rolunu oynamalıdır.
- Normayaradan orqanlar müvafiq rəqəmsal həllər, əsas biznes imkanları və əlçatan rəqəmsal təhsil üçün tövsiyələr təmin edən sektora xas rəqəmsal planlar hazırlamalı və təqdim etməlidirlər.
- KOB-lar özünü diaqnostika alətindən istifadə edərək rəqəmsal özünüqiymətləndirmədən keçmək imkanına malik olmalıdırlar.
- KOB-ların rəqəmsal potensialın gücləndirilməsi prosesi ilə bağlı ehtiyaclarını başa düşməsini və qarşılamasını asanlaşdırmaq üçün ŞT ölkələri sertifikatlı məsləhətçilərdən ibarət güclü şəbəkə yarada və xüsusi hazırlanmış təlim imkanları təmin edə bilər.
- Normayaradan orqanlar isə öz növbəsində qrantlar, çeklər, kreditlər və birbaşa olmayan maddi stimullaşdırma kimi bir sıra alətlər vasitəsilə rəqəmsallaşmanı maliyyə cəhətdən dəstəkləməlidirlər.
- Nəhayət, normayaradan orqanlar mövcud strukturların təsirini maksimum dərəcədə artırmaq üçün KOB-ların (məsələn, inkubatorlar, yüksək texnoloji parklar, rəqəmsal innovasiya mərkəzləri, universitetlər) inkişafını dəstəkləyən bütün qurumlar və maraqlı tərəflər daxil olmaqla, rəqəmsal transformasiya üzrə ekosistemi inkişaf etdirməli və əlaqələndirməlidirlər.
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- Elektron bacarıqlar
- Elektron ticarət
- Telekommunikasiya qaydaları
- İKT-nin innovativ inkişafı
Daha çox xəbər
28/11/2023
Rəqəmsal İpək Yolu layihəsi Azərbaycana və Gürcüstana inkişaf vəd edir
Azərbaycan və Gürcüstan Avropanı Mərkəzi və Cənubi Asiya ilə birləşdirən fiber-optik telekommunikasiya “dəhliz…
Daha çox oxu27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü…
Daha çox oxu21/11/2023
Rəqəmsal bağlantı: Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya üçün yeni imkanlar
Səhiyyə, təhsil, maliyyə, biznes və dövlət idarəçiliyi sahələrində xidmətlərin onlayn formada təminatı artdıqc…
Daha çox oxu

28/11/2023
Rəqəmsal İpək Yolu layihəsi Azərbaycana və Gürcüstana inkişaf vəd edir
Azərbaycan və Gürcüstan Avropanı Mərkəzi və Cənubi Asiya ilə birləşdirən fiber-optik telekommunikasiya “dəhliz…
Daha çox oxu
27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü…
Daha çox oxu
21/11/2023
Rəqəmsal bağlantı: Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya üçün yeni imkanlar
Səhiyyə, təhsil, maliyyə, biznes və dövlət idarəçiliyi sahələrində xidmətlərin onlayn formada təminatı artdıqc…
Daha çox oxu