Rəqəmsal texnologiyalara keçid ölkələrin iqtisadi mənzərəsini sürətlə dəyişir. COVID-19 pandemiyası ilə daha da sürətli hal alan bu tendensiya bir çox təşkilatın, kiçik və orta müəssisənin (KOB) və hətta dövlət qurumlarının rəqəmsal transformasiyasını asanlaşdırır. Eyni zamanda, pandemiya təkmilləşdirilməsi tələb olunan rəqəmsal iqtisadiyyat və cəmiyyət sahələrini, xüsusilə də müvafiq rəqəmsal bacarıqların əhəmiyyətini ön plana çəkmişdir.
Ölkələrin pandemiyadan çıxmaq və rəqəmsal texnologiyalara keçidi sürətləndirməyə çalışdığı bir dövrdə EU4Digital proqramı rəqəmsal bacarıqların əhəmiyyətini və Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin artan iqtisadi və sosial tələbatı qarşılamaq məqsədilə elektron bacarıqların inkişafına dəstəyini göstərən kampaniya həyata keçirib.
Yerli mətbuatda və sosial mediada təbliğ olunan kampaniya, yerli media tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində hazırlanan bir sıra həyat hekayələri ətrafında qurulmuşdur.
Onların həyat hekayələrini buradan oxuya bilərsiniz:
- Rəqəmsal bacarıqlar sahəsindəki boşluqların aradan qaldırılması həm Aİ, həm də Şərq Tərəfdaşlığı üçün mühüm prioritetdir
- Kodlaşdırma və robotlar: Avropa İttifaqının köməyilə Ermənistanda rəqəmsal bacarıqların inkişafı
- Azərbaycanda rəqəmsal gələcək üçün rəqəmsal bacarıqlar inkişaf etdirilməlidir
- Gürcüstan: Rəqəmsal bacarıqlar sayəsində həyatları dəyişən əkiz qızlar
- Qarşıda duran planlar: Aİ-nin köməyilə Moldovada rəqəmsal bacarıqların inkişafı
- Rəqəmsallaşdırma onilliyinə hazırsınız? Ukraynada texnologiyalar sahəsindəki çətin vəzifələrin öhdəsindən gəlmək üçün bacarıqların təkmilləşdirilməsi
Kampaniyaya sosial mediada paylaşılan və elektron bacarıqların əhəmiyyətini və bu sektordan faydalananları nümayiş etdirən infoqrafik videolar vasitəsilə dəstək verilmişdir.
Kampaniyada həmçinin əsas sahələrdəki fəaliyyətləri təsvir edən məlumat bülleteni və mövzu ilə bağlı praktiki suallara cavab verən bir sıra elektron kartoçkalar vasitəsilə EU4Digital təşəbbüsünün elektron bacarıqlar şəbəkəsinin gördüyü işlər təbliğ olunub.