Oktyabrın 5-də EU4Digital proqramının İKT və innovasiyalar şəbəkəsi Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələri üçün Litva və İspaniyaya virtual səfər təşkil edib. Səfər zamanı iştirakçılar Aİ ölkələrində startap ekosisteminin qurucuları ilə tanış olublar. Tədbirdə həmçinin ekosistemin inkişafı üzrə tədbirlərin əlaqələndirilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbirə Şərq Tərəfdaşlığı ölkələrindən 40 dövlət və qeyri-dövlət sektorunu təmsil edən təşkilatdan 70-ə yaxın nümayəndə qatılıb. Əsas müzakirələr innovativ ekosistemlərin inkişafını əlaqələndirən nazirlik səviyyəsindəki nümayəndələr və təşkilatlar, habelə Şərq Tərəfdaşlığı ölkələrində ekosistemləri gücləndirən innovasiya, maliyyə dəstəyi və məsləhət təşkilatları kimi digər startap ekosistem iştirakçıları ilə aparılıb.
Tədbiri giriş sözü ilə açıq elan edən EU4Digital Proqramının köməkçi qrup rəhbəri Ruta Salvite-Tamosiyuniyen EU4Digital proqramı və şəbəkə tədbirinin məqsədləri haqqında məlumat verib. Onun ardınca EU4Digital Proqramının İKT və innovasiyalar şəbəkəsinin aparıcı eksperti Çus Lozano “Şərq Tərəfdaşlığı ölkələrində İKT sahəsində startap ekosistemi qurucularının əhəmiyyəti, rolu və yaradılması” mövzusunda çıxış edib. O, hələ inkişaf mərhələsində olan və ŞT-də startap ekosistemlərini gücləndirmək üçün xüsusi səylər tələb edən satışlar, mənfəət və bazarlar vasitəsilə ŞT regionunun səmərəliliyini startapların inkişafı baxımından müqayisə edib. Natiq ekosistemlərin yaradılmasında, gücləndirilməsində və təkmilləşdirilməsində startap ekosistem qurucularının mühüm rolunu və işlərinin əsas prinsiplərini təqdim edib. Son söz olaraq, cənab Lozano həm dövlətdən, həm də özəl sektordan gələ biləcək bu cür ekosistem əlaqələndirici təşkilatlara, “etimad bəyannaməsi və hökumətdən qərar vermə səlahiyyəti, o cümlədən startap ekosisteminin inkişafında ən yaxşı strateji qərarlara səbəb olacaq ekosistem haqqında məlumat əldə etmək və təhlil etmək imkanı yollarını təklif edib”.
Daha sonra tədbir Litvaya virtual səfərlə davam edib. Səfərə EU4Digital Proqramının köməkçi qrup rəhbəri Ruta Salvite-Tamosiyuniyen rəhbərlik edib. Bu sessiyada iştirakçılara maliyyə texnologiyaları sahəsində çalışan aparıcı startaplar bazarının inkişafına diqqət yetirərək startap ekosisteminin yaradılması və inkişafı haqqında ümumi məlumat verilib. Sessiyaya rəhbərliyi Litva Respublikası İqtisadiyyat və İnnovasiya Nazirliyinin İnnovasiya və Sənaye Departamentinin direktoru Rikardo Valansiaskas edib. “Litvada innovasiyalara və startaplara dəstək” adlı təqdimatı zamanı Valansiaskas startap ekosisteminin inkişafı üzrə əsas alətləri təqdim edib. Onlar arasında innovasiya siyasətləri və xüsusi xidmətlər icra edən və maliyyə alətləri də olub.Cənab Valansiaskas Litva İnnovasiya Mərkəzinin və Elm, İnnovasiya və Texnologiya Agentliyinin xüsusi rolunu vurğulayaraq, onların mövcud olan vergi güzəştləri, texnologiya şirkətlərinin yaradılması, klasterlərin yaradılması və inkişafı ilə əlaqədar həm hökumətə, həm də sahibkarlıq müəssisələrinə dəstək verdiyini diqqətə çatdırıb. Litva ekosistemdə inkişaf etdirilən innovasiyalar üçün xüsusi bir təşkilatın qurulmasının zəruri olduğunu müəyyən etdiyi üçün gələcək innovasiya agentliyinin fəaliyyət modeli də təqdim edilib. İştirakçılar həmçinin startapların sayına deyil, keyfiyyətinə və inkişaf səviyyəsinə diqqət yetirən ekosistemin fəaliyyət göstəricilərinin ölçülməsi ilə maraqlanıblar, buna görə aşağıdakı əsas səmərəlilik göstəricilərindən istifadə edilib: startapların ÜDM-ə töhfəsi, ixrac, işçilərin sayı və s.
Daha sonra iştirakçılar Startup Lithuania təşklatının nümayəndəsi Roberta Rudokiyevin “Litva startap ekosisteminin böyüməsi və inkişafına şəraitin yaradılması” mövzusunda təqdimatı ilə tanış olublar. O, “Startup Litvanın” ekosistem iştirakçılarını təşviq etmək, ekosistemin effektivliyini nəzərdən keçirmək və qiymətləndirmək kimi əsas prinsiplərini açıqlayıb. Müzakirə zamanı iştirakçılara ortaq yaradıcı qrant, ilkin sürətləndirmə kursu və sahələrarası hakatonların təşkili kimi “Startup Litva”-nın xüsusi alətləri təqdim edildi.
Litva Bankının Maliyyə Xidmətləri və Bazara Nəzarət Departamentinin direktoru Ruta Merkeviçe startap ekosisteminin təşviqi mövzusuna toxunaraq maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən startapların inkişafı və Litvada tənzimləyici orqanlara dəstək ilə bağlı geniş təqdimatla çıxış edib. “Litvada maliyyə texnologiyaları və innovasiyalara dair siyasət: imkanların balanslaşdırılması və risklərin azaldılması” adlı təqdimatında, o, bazara yeni daxil olanlara tənzimləmə məsələləri və biznes modellərinin məqsədəuyğunluğunun qiymətləndirilməsi, maliyyə texnologiyaları xidmət təminatçılarına lisenziyaların verilməsinin asanlaşdırılması və maliyyə texnologiyaları sahəsindəki startaplara nəzarət üçün innovativ yanaşmalar sahəsində məsləhətlərin təmin edilməsi daxil olmaqla maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən startaplar üçün alətlər dəsti haqqında qısa məlumat verib. İştirakçıların suallarını cavablandıran xanım Merkeviçe maliyyə texnologiyalarının və Litva Bankının istifadə etdiyi lisenziyalaşdırma yanaşmasını, o cümlədən dövlət qurumları tərəfindən maliyyə texnologiyaları sahəsindəki həllərlə bağlı risklərin idarə edilməsinə toxunub.
EU4Digital Proqramının İKT və innovasiyalar şəbəkəsinin aparıcı eksperti Çus Lozanonun moderatorluğu ilə keçirilən ikinci sessiyada, iştirakçılar təhsilə, maliyyə və qaynaqlara (obyektlər) çıxış kimi ekosistemin müxtəlif sahələrinin inkişafından öyrəndikləri dərsləri bölüşən İspaniyadan olan ekosistem qurucuları ilə görüşmək imkanı qazanıblar. Avropa Biznes və İnnovasiya Mərkəzləri Milli Birliyinin (ANCES) prezidenti dok. Alvaro Simon de Blas İspaniyada startaplar üçün innovativ obyektlərin inkişafı (“Spanish National BIC’s Association”) ilə bağlı təqdimatla çıxış edib. O, ANCES-in Avropa Biznes Mələkləri Şəbəkəsi (EBN) və İspaniyadakı özəl və dövlət sektoru təşkilatları ilə birlikdə 30-dan artıq biznes innovasiya mərkəzinin yaradılmasını və potensialının artırılmasını necə asanlaşdırdığını izah edib. Cənab Simon eyni zamanda maliyyələşdirmə və açıq innovasiya vasitələri, daxili təlim akademiyası və texnologiyalara əsaslanan şirkətlərin ticarət nişanının sertifikatlaşdırılmasını təqdim edib. Sonda ANCES, Şərq Tərəfdaşlığı ölkələrinin hökumətləri ilə biznes innovasiya mərkəzlərinin potensialını artırmaq üçün əməkdaşlığa hazır olduğunu təsdiqləyib.
Daha sonra, Milli İnnovasiyalar Müəssisəsində əməliyyatlar və strategiya üzrə rəhbər Jordi Qarsiya (ENISA), “Sahibkarlıq və innovasiya ekosistemləri” və maliyyələşdirmə vasitəsilə onun inkişafı haqqında danışıb. Cənab Qarsiya rəqəmsal texnologiyalar sahəsində çalışan qadın sahibkarlar üçün xüsusi vasitələr və kənd təsərrüfatı sahəsindəki KOB-ların rəqəmsallaşdırılması daxil olmaqla, sahibkarlar və KOB-lara yönəlmiş müxtəlif maliyyələşdirmə proqramlarında banklara təqdim olunan layihələrin əsas təminatçılarından biri olaraq ENISA-nın əhəmiyyətli rolunu vurğulayıb. Bundan əlavə, ENISA KOB-ların maliyyə ehtiyacları haqqında geniş praktiki biliklərə sahib olaraq startaplar ilə bağlı qanunların və startapların milli inkişafı strategiyalarının hazırlanmasına töhfə verir. Beləliklə, ENISA Şərq Tərəfdaşlığı ölkələrində ICEX çərçivəsində və ya NESTA İnnovativ inkişaf laboratoriyalarından istifadə etməyə, eləcə də birgə investisiya proqramlarından yararlanmağa dəvət edir.
İspaniyaya virtual səfər startapların təhsil və elmi-tədqiqat ilə bağlı imkanlardan yararlanması mövzusu ilə tamamlanıb. Salamanka Universitetində Bioinformatika, Ağıllı kompüter sistemləri və təhsil texnologiyası üzrə tədqiqat qrupunun rəhbəri Dok. Xuan Manuel Korçado Rodrigez (BISITE) “İnnovasiya və sahibkarlıq üçün araşdırma mühitinin yaradılması” mövzusunda təqdimatla çıxış edib. Cənab Korçado BISITE-ın 40 sənaye ortağı ilə ortaq olaraq IoT Rəqəmsal İnnovasiya Mərkəzini necə qurduğunu və Salamanka bölgəsində açıq innovasiya ekosisteminə necə töhfə verdiyini izah edib. Bundan əlavə, BISITE sürətləndirici, Salamanka Universitetinin davamlılığını təmin etmək üçün texnologiya transferini və özəl törəmə şirkətləri dəstəkləyir.
Sessiyanın son hissəsi, Şərq Tərəfdaşlığı ölkələrində startap ekosistemlərinin inkişafını təşviq etmək üçün istifadə edilə bilən ən yaxşı təcrübə və əldə edilən biliklərin paylaşılması və iştirakçıların müzakirəsinə həsr edilib. Xülasə olaraq, startap ekosisteminin inkişafı üçün ən vacib cəhət, ekosistem iştirakçılarının maliyyəyə, qaynaqlara, bazara və biliklərə çıxışını təmin etmək üçün əlaqələndirilmiş yanaşmanın əhəmiyyəti vurğulanıb. Potensialı artırmaq və startaplar üçün müsbət dönüşüm nisbətlərini artırmaq üçün startapların mövcud olduqları bütün mərhələlərə diqqət yetirilməlidir. Təqdimatlar