1-2 oktyabr tarixlərində Latviyanın paytaxtı Riqada EU4Digital təşəbbüsünün “Oxşar Aİ səylərinə əsaslanaraq ŞT regionunda KOM-lar və mikro müəssisələr üçün vahid səlahiyyət bazasının müəyyənləşdirilməsi” (6.2. saylı Fəaliyyət) adlı fəaliyyətinin başlanmasına dair tədbir və onu müşayiət edən səlahiyyət bazasına dair metodologiyaya həsr olunmuş seminar keçiriləcək.
Tədbirin məqsədi Şərqi Tərəfdaş ölkələrində KOM-lar və mikro müəssisələr üçün səlahiyyət bazasının hazırlanmasına dair metodologiyanın elementlərinin seçilməsi və tərtib olunması məqsədilə səlahiyyət bazaları sahəsində çalışan mütəxəssiləri bir araya gətirməkdir. Sözügedən metodologiya DigComp, EntreComp və Elektron səlahiyyət bazası (e-CV) kimi oxşar Aİ təşəbbüsləri nəzərə alınaraq hazırlanacaq. Bu seminardan sonra hazırlanacaq metodologiya KOM-lar və mikro müəssisələr üçün səlahiyyət bazası üzrə layihənin hazırlanması kimi növbəti tapşırığın tamamlanması üçün əsas götürüləcək.