Koronavirus: Aİ-nin onlayn tədris resursları

  • Tarix: 28/04/20
  • Paylaş:

COVID-19 virusunun yayılması və əksər Avropa ölkələrində ona qarşı mübarizə ilə bağlı görülən tədbirlər nəticəsində təhsilin və təlimin təmin olunması, o cümlədən təhsil alanlar, müəllimlər və təhsil işçilərinin yerdəyişmə imkanlarının həyata keçirilməsi əhəmiyyətli dərəcədə çətinləşmişdir. 

Bu dövrdə şagird və tələbələrin, müəllim və təhsil işçilərinin təhsil və təlim fəaliyyətlərini davam etdirmələrinə kömək etmək üçün Avropa İttifaqının çoxlu sayda elektron tədris materialları  mövcuddur. 

Adı çəkilən onlayn vasitələr müxtəlif tədris məqsədlərinə xidmət edir:

  • ayrı-ayrı məkanlarda olan təhsil işçiləri və təhsil alanları bir-birləri ilə əlaqələndirmək
  • adətən hər bir evdə və ya təhsil ocağında əlçatan olmayan məlumat və mənbələrə çıxış imkanı vermək
  • təhsil işçilərinin davamlı peşəkar inkişafına daha çevik şəkildə dəstək.

Aşağıdakı tədris materialları əlçatandır:

2020-ci ilin ortalarında Rəqəmsal təhsil üzrə fəaliyyət planı nəzərdən keçirildikdən sonra Avropada təhsilin müxtəlif səviyyələrində onlayn tədrisin inkişafına daha çox dəstək veriləcəyi gözlənilir.

Daha çox öyrən