Koronavirusa qarşı mübarizə: tibb texnologiyalarından, rəqəmsal vasitələrdən və süni intellektdən istifadə edilən texnoloji həllər üçün 56 milyon avro ayrılıb

  • Tarix: 21/05/20
  • Paylaş:

Tibb texnologiyalarından, rəqəmsal vasitələrdən və süni intellektdən istifadə edərək yeni texnoloji həllərin tətbiqi ilə tez bir zamanda koronavirus böhranına qarşı cavab tədbirlərini gücləndirmək, bərpa prosesini yaxşılaşdırmaq və gələcəkdə bu cür böhran və ya dalğalara qarşı daha yaxşı hazır olmaq məqsədilə mayın 19-da 56 milyon avro büdcə ilə yeni Horizon-2020 proqramı layihə təkliflərinin qəbuluna başlayıb. Şərq Tərəfdaşlığı ölkələri də müraciət edə bilər.

Müraciətlər Avropa Komissiyasının Horizon-2020 adlı tədqiqat və innovasiya proqramından koronavirus ilə mübarizə üzrə təxirəsalınmaz tədbirlər üçün səfərbər etdiyi və ümumi büdcəsi 122 milyon avro olan daha böyük müraciətlərin qəbulu çərçivəsində həyata keçirilir. Məqsəd həyati-vacib əhəmiyyətə malik tibbi ləvazimatlar və tibbi avadanlıqların təmin edilməsi üçün təkrar istehsala başlamaq, pandemiyanın davranış, sosial və iqtisadi nəticələrini tədqiq etmək və COVID-19 üzrə ümumavropa könüllülər qrupu yaratmaqdır.

Koronavirus pandemiyası dövründə innovativ texnoloji həllərin dəstəklənməsi

Aİ tərəfindən dəstəklənən çoxlu sayda qabaqcıl texnologiyalar artıq COVID-19 ilə mübarizə üçün istifadə olunur və ya təkrar tətbiq olunur. Buraya süni intellekt, robot texnikası, mikro/nano/kiber fiziki sistemlər; biofotonika; qrafen və ya əlaqədar materiallar; məlumatlar, süni intellekt və robot texnikası; elektron səhiyyə, teletibb və rəqəmsal həllər daxildir.

Hal-hazırda davam edən “DIH-HERO: Səhiyyə üzrə robot texnikası sahəsində rəqəmsal innovasiya mərkəzləri” layihəsi kimi bəzi mövcud layihələr çərçivəsində səhiyyə sistemində innovativ robot texnikası üzrə texnoloji həllərin tətbiqi üçün adı çəkilən proqrama uyğunlaşdırılması nəzərdə tutulub. Bir neçə dəqiqə ərzində patogenləri aşkar etmək, səthləri sterilizasiya etmək, prosesləri avtomatlaşdırmaq, tibbi maskalar kimi daha yaxşı qoruyucu vasitələr yaratmaq və yoluxma hallarını və xəstəliyin inkişafını izləmək üçün süni intellektdən istifadə edərək məlumatları təhlil etmək məqsədilə digər texnologiyalardan da istifadə edilə bilər.

Bir çox hökumət, şirkət və vətəndaş hərəkatları ictimaiyyəti məlumatlandırmaq və böhran vəziyyətlərini idarə etmək üçün mobil sağlamlıq təşəbbüsləri hazırlayıblar. Aİ tərəfindən maliyyələşdirilən Mobil səhiyyə mərkəzi layihəsi tərəfindən Avropa səviyyəsində yaradılan bəzi təşəbbüslərin qeyri-müfəssəl toplusu hazırlanmışdır. 

Hər kəs üçün cəld və əlverişli nəticələr

11 iyun 2020-ci il layihə təkliflərinin qəbulu üzrə son tarixdir və cəld nəticələr əldə etməyə yönəlmişdir. Yeni texnoloji həllər əlverişli və əlçatan, o cümlədən Koronavirusa qarşı qlobal mübarizə prinsiplərinə uyğun olmalıdır. Bu məqsədlə Avropa Komissiyası, fakt və nəticələrin dərhal istifadəsini təmin etmək üçün qrant müqavilələrində məlumatların sürətli mübadiləsi üzrə müddəaları daxil etməyi planlaşdırır.

Komissiyanın hazırda məlumatlar, superkompüterlər və süni intellekt kimi rəqəmsal texnologiyalardan istifadə edərək Covid-19 virusuna qarşı mübarizədə ittifaqa üzv dövlətlərə necə dəstək verdiyinə dair daha çox məlumatı bu internet səhifəsindən tapa bilərsiniz.

Mətbuat üçün açıqlama

Koronavirus: Avropa Komissiyası COVID-19 virusu ilə bağlı tədqiqat və innovasiyalar üçün əlavə olaraq 122 milyon avro ayırıb