Azərbaycan

Avropa İttifaqının EU4Digital təşəbbüsü iqtisadiyyatın inkişafına, daha çox yeni iş yerlərinin yaradılmasına, insanların həyat şəraitinin yaxşılaşdırılmasına və müəssisələrə dəstək məqsədilə Aİ-nin standart və təcrübələrinə uyğun olaraq rəqəmsal iqtisadiyyatın və cəmiyyətin əsas sahələrini inkişaf etdirmək üçün bir sıra tədbirlər təklif edərək Azərbaycanda rəqəmsal islahat proqramına dəstək verir.

Xəbərlər Hadisələr Uğur hekayələri

Proqramın məqsədi inkişafı və məşğulluğu təşviq etməklə hökumət qurumlarının işini təkmilləşdirmək, iqtisadiyyatın şaxələndirilməsini gücləndirmək və Azərbaycan vətəndaşlarının həyatını yaxşılaşdırmaqdır. Rəqəmsal bazarların uyğunlaşdırılması nəticəsində onlayn xidmətlərin təkmilləşməsi, ucuzlaşması, eləcə də insanların daha geniş seçimlərdən yararlanması gözlənilir.

Azərbaycan altı istiqamət üzrə Rəqəmsal Bazarların Uyğunlaşdırılması (RBU) təşəbbüsünə fəal iştirakçı kimi cəlb olunub və “İnnovasiya və startap ekosistemləri” adlı istiqamət üzrə koordinator ölkə, “Elektron gömrük” istiqaməti üzrə isə alt bölmə vəzifələrini icra edir.

Hökumətin “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyasına” uyğun olaraq rəqəmsal iqtisadiyyatın inkişafı Azərbaycan üçün prioritet məsələlərdən biridir. 2016-cı ilin sonunda qəbul edilən “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” də rəqəmsallaşma prosesinə daha cəld və etibarlı keçid təmin etmək məqsədi daşıyır. 

Aİ həmçinin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə icra edilən “Elektron xidmətlərin inkişafının gücləndirilməsi (Elektron ticarət daxil olmaqla)” layihəsi vasitəsilə Azərbaycana dəstək vermişdir.

Bütün əlaqədar layihələri göstər

Xəbərlər

Hamısına bax

Uğur hekayələri

Ticarət üçün klikləyin: EU4Digital e-kommersiya qurmaq üçün Azərbaycana kömək edir

Elektron ticarət (e-kommersiya) malların sərhədlərarası mübadiləsini asanlaşdıraraq, mövcud məhsul çeşidini artırmaqla və sadələşdirilmiş nə…

Azərbaycan | 19/10/21

Hamısına bax