Belarus

Avropa İttifaqının EU4Digital təşəbbüsü iqtisadiyyatın inkişafına, daha çox yeni iş yerlərinin yaradılmasına, insanların həyat şəraitinin yaxşılaşdırılmasına və müəssisələrə dəstək məqsədilə Aİ-nin standart və təcrübələrinə uyğun olaraq rəqəmsal iqtisadiyyatın və cəmiyyətin əsas sahələrini inkişaf etdirmək üçün bir sıra tədbirlər təklif edərək Ermənistanda rəqəmsal islahat proqramına dəstək verir.

Xəbərlər Hadisələr Uğur hekayələri

Avropa İttifaqının EU4Digital təşəbbüsü iqtisadiyyatın inkişafına, daha çox yeni iş yerlərinin yaradılmasına, insanların həyat şəraitinin yaxşılaşdırılmasına və müəssisələrə dəstək məqsədilə Aİ-nin standart və təcrübələrinə uyğun olaraq rəqəmsal iqtisadiyyatın və cəmiyyətin əsas sahələrini inkişaf etdirmək üçün bir sıra tədbirlər təklif edərək Belarusda rəqəmsal islahat proqramına dəstək verir.

Belarusda rəqəmsal bazarların uyğunlaşdırılması nəticəsində rəqabətin güclənəcəyi və bununla da onlayn xidmətlərin təkmilləşəcəyi, ucuzlaşacağı, eləcə də insanların daha geniş seçimlərdən yararlanacağı gözlənilir. O həmçinin investisiya cəlb edəcək və ticarət və məşğulluğu artıracaq, ölkənin sosial və iqtisadi inkişafına töhfə verəcəkdir.

Aİ, bu təşəbbüs vasitəsilə rouminq tariflərinin azaldılmasına, iqtisadiyyatların gücləndirilməsinə və elektron xidmətlərin genişləndirilməsinə, eləcə də kibertəhlükəsizliyin əlaqələndirilməsi və cəmiyyətin bütün sahələrində, yəni logistika sahəsindən tutmuş səhiyyəyə qədər rəqəmsallaşdırma proseslərinin uyğunlaşdırılması, bacarıqların artırılması və rəqəmsal sahədə yeni iş yerlərinin yaradılması üçün yüksək sürətli genişzolaqlı rabitənin inkişafına dəstək verir.

EU4Digital təşəbbüsünün hədəfləri arasında region daxilində səyahət edən Belarusluların daha ucuz telefon xidmətlərindən istifadə etməsi üçün 2020-ci ilə qədər Şərqi Tərəfdaş ölkələri arasında vahid rouminq məkanının tətbiqi, o cümlədən yeni yaranan sahələrin tələblərinə uyğun olması məqsədilə rəqəmsal bacarıqların inkişafına konkret dəstək və innovasiyalar və startaplar üçün əlverişli mühitin yaradılması da var. Transsərhəd elektron ticarət sahəsinə dəstək nəticəsində ixrac prosedurlarının sadələşməsi, sərhəddə gecikmələrin azalması, əməliyyatların təhlükəsizliyinin və şəffaflığının artırılması, eləcə də Belarusda rəqəmsal iqtisadiyyatın inkişafı və istehlakçılara göstərilən xidmətlərin çeşidinin və keyfiyyətinin artacağı gözlənilir. Elektron səhiyyə sahəsinə gəlincə, Belarusun səhiyyə sistemi, tibb sahəsində çalışan mütəxəssisləri və nəticədə xəstələr, yerli qurumlarla əməkdaşlıq çərçivəsində icra olunacaq Elektron səhiyyə xidmətləri üzrə təlimat və ümumi standartların hazırlanmasından, məlumat mübadiləsindən və sağlamlığa dair qeydlərin aparılmasından faydalanacaqlar.

Bütün əlaqədar layihələri göstər

Gözlənilən tədbirlər

Heç bir element tapılmayıb

Hamısına bax