EU4Digital təşəbbüsünün məqsədi Aİ-nin Vahid Rəqəmsal Bazarının faydasını Gürcüstan və digər Şərq Tərəfdaşlığı ölkələrinə qədər genişləndirmək, o cümlədən iqtisadiyyatı inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, insanların həyatlarını yaxşılaşdırmaq və müəssisələrə kömək etmək məqsədilə rəqəmsal iqtisadiyyatın və cəmiyyətin potensialını inkişaf etdirmək üçün Aİ-nin dəstəyini istiqamətləndirməkdir.
Aİ, xüsusilə EU4Digital vasitəsilə rouminq tariflərinin tədricən azaldılmasında və Aİ-nin rouminq tarifləri ilə uyğunlaşdırılmasında, eləcə də iqtisadiyyatı inkişaf etdirmək məqsədilə yüksək sürətli genişzolaqlı rabitənin inkişafında və tətbiq edilməsində, elektron logistika, səhiyyə, kibertəhlükəsizlik və rəqəmsal bacarıqlar kimi sahələrdə cəmiyyət arasında rəqəmsallaşdırma proseslərinin uyğunlaşdırılmasında Gürcüstanı dəstəkləmək niyyətindədir.
Gürcüstan hökumətinə göstərilən bu dəstək vasitəsilə Aİ daha güclü rəqəmsal iqtisadiyyat ilə yanaşı, biznes, sahibkarlıq, turizm, İKT sənayesi və innovasiyalar kimi Gürcüstanda inkişaf etmək potensialı olan sahələrdə təkan görmək arzusundadır. Aİ həmçinin Genişzolaqlı Rabitənin İnkişafına dair Strategiyanın hazırlanmasında Gürcüstan hökumətinin cari səylərinə dəstək verir.
EU4Digital təşəbbüsü ilə yanaşı, Avropa İttifaqı bir çox ikitərəfli layihələr vasitəsilə Gürcüstanda rəqəmsal iqtisadiyyatın və cəmiyyətin inkişafına dəstək verir:
- Aİ-nin normativ-hüquqi bazasına uyğun olaraq Gürcüstanın Milli Rabitə Komissiyasının elektron rabitə sahəsində normativ-hüquqi bazasının və əməliyyat bacarıqlarının inkişafına dəstək (tvinninq).
- EU4Security, Gürcüstanda hesabatlılıq və cinayətkarlığa qarşı mübarizə (“SAFE” layihəsi).
- Məlumat Mübadiləsi Agentliyi yanında Etimad və təhlükəsizlik layihəsi (tvinninq).
- Dövlət qulluğu bürosu üçün elektron xidmətlər (tvinninq).
- Elektron idarəçiliyə dəstək.
Rəqəmsallaşdırma proqramı Gürcüstan hökuməti üçün ən əsas prioritetlərdən biridir. “Gürcüstan 2020” Sosial-iqtisadi İnkişaf Strategiyasında yüksək sürətli genişzolaqlı internetin gələcək inkişafı, elektron savadlılıq və bacarıqların inkişafı, innovasiya və yüksək texnologiyalar və elektron hökumət daxil olmaqla, rəqəmsal ekosistemin inkişafı üçün hədəf seçilmiş bir neçə sahənin adı çəkilir.
Gürcüstan hökuməti 2020-ci ilə qədər bütün yaşayış məntəqələrinə yüksək sürətli genişzolaqlı internet təmin etməyi və bütün məktəblərin, kitabxanaların, bələdiyyələrin, poçt və polis idarələrinin və xəstəxanaların yüksək sürətli infrastruktura qoşulmasını təmin etməyi qarşısına məqsəd qoymuşdur.
Gürcüstan həmçinin 2020-ci ilə qədər ölkədə 40000 ixrac yönümlü ixtisaslı İT və innovasiya mütəxəssisi yetişdirməyi planlaşdırır.
Bütün əlaqədar layihələri göstər