Moldovada rəqəmsal bazarların uyğunlaşdırılması nəticəsində rəqabətin güclənəcəyi və bununla da onlayn xidmətlərin təkmilləşəcəyi, ucuzlaşacağı, eləcə də insanların daha geniş seçimlərdən yararlanacağı gözlənilir. O həmçinin investisiya cəlb edəcək və ticarət və məşğulluğu artıracaq, ölkənin sosial və iqtisadi inkişafına töhfə verəcəkdir.
Aİ bu təşəbbüs vasitəsilə rouminq tariflərinin azaldılmasına, iqtisadiyyatların gücləndirilməsinə və elektron xidmətlərin genişləndirilməsinə, eləcə də kibertəhlükəsizliyin yaxşılaşdırılması və cəmiyyətin bütün sahələrində, yəni logistika sahəsindən tutmuş səhiyyəyə qədər rəqəmsallaşdırma proseslərinin uyğunlaşdırılması, rəqəmsal sahə üzrə bacarıqların artırılması və rəqəmsal sahədə yeni iş yerlərinin yaradılması üçün yüksək sürətli genişzolaqlı rabitənin inkişafına dəstək verir.
EU4Digital təşəbbüsünün hədəfləri arasında region daxilində səyahət edən Moldovalıların daha ucuz telefon xidmətlərindən istifadə etməsi üçün 2020-ci ilə qədər Şərqi Tərəfdaş ölkələri arasında vahid rouminq məkanının tətbiqi, o cümlədən yeni yaranan sahələrin tələblərinə uyğun olması məqsədilə rəqəmsal bacarıqların inkişafına konkret dəstək və innovasiyalar və startaplar üçün əlverişli mühitin yaradılması da var. Transsərhəd elektron ticarət sahəsinə dəstək nəticəsində ixrac prosedurlarının sadələşməsi, sərhəddə gecikmələrin azalması, əməliyyatların təhlükəsizliyinin və şəffaflığının artması, eləcə də Moldovada rəqəmsal iqtisadiyyatın inkişafı və istehlakçılara göstərilən xidmətlərin çeşidinin və keyfiyyətinin artacağı gözlənilir. Elektron səhiyyə sahəsinə gəlincə, Moldovanın səhiyyə sistemi, tibb sahəsində çalışan mütəxəssisləri və nəticədə xəstələr, yerli qurumlarla əməkdaşlıq çərçivəsində icra olunacaq Elektron səhiyyə xidmətləri üzrə təlimat və ümumi standartların hazırlanmasından, məlumat mübadiləsindən və sağlamlığa dair qeydlərin aparılmasından faydalanacaqlar.
EU4Digital həmçinin Aİ dövlət satınalma direktivlərinə uyğun olaraq elektron satınalmalar (İT sistemli M-tender portalı) üzrə yeni ictimai sistemin hazırlanması və xüsusən seçkilərdən əvvəl kibertəhlükəsizliyin gücləndirilməsi üçün Aİ-nin Moldovaya göstərdiyi ikitərəfli dəstəyi tamamlayır.
Bütün əlaqədar layihələri göstər