Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TAIEX) tərəfindən fevralın 25-i və 26-da Şərqi tərəfdaşlıq ölkələri üçün keçirilən regional tədbirə 70-dən artıq iştirakçı qatılıb. Tədbirdə son dərəcə vacib rəqəmsal infrastruktur ilə əlaqədar məsələlər, o cümlədən 5G şəbəkələrinin təhlükəsizliyinin təmin olunmasına yönəlmiş tədbirlər müzakirə olunub.
Adı çəkilən sahələrdə çalışan ictimai təşkilatlar EU4Digital proqramının Etimad və təhlükəsizlik və telekommunikasiya qaydaları (EaPeReg) şəbəkələrinin nümayəndələri ilə birlikdə Avropa KomissiyasınınSon dərəcə vacib müəssisələrin dayanıqlığı üzrə direktivi və Şəbəkə və informasiya sistemlərinin təhlükəsizliyinə dair direktivinə (NIS2) dair təklifi ilə tanış olmaq və Aİ-yə üzv dövlətlərin mütəxəssisləri ilə Aİ bazasının milli qanunvericiliyə tətbiqi ilə bağlı məsələləri müzakirə etmək imkanı qazanıblar.
Tədbir zamanı son dərəcə vacib infrastruktura hücumlar və hadisələrlə daha yaxşı mübarizə aparmaq üçün bir sıra mexanizmlər və texnoloji həllər təqdim olunub, eləcə də təhlükəsiz və yetərli infrastrukturun qurulmasının vacibliyi vurğulanıb. Bu baxımdan 5G alət panelinin tətbiqi və 5G texnologiyasının hərracı üzrə Aİ-yə üzv dövlətlər tərəfindən görülən tənzimləmə tədbirləri hərtərəfli izah edilib.
İki gün davam edən müzakirələrin sonunda iştirakçılar belə qənaətə gəliblər ki, hər iki regionun (Aİ və ŞT) ölkələri arasındakı məlumat mübadiləsi, o cümlədən EU4Digital proqramı çərçivəsində göstərilən texniki yardım Şərqi tərəfdaşlıq ölkələrində rəqəmsal transformasiyanın təmin edilməsinə yönəlmiş tədbirlərin uğurla həyata keçirilməsində mühüm rol oynayır. Növbəti oxşar tədbir 4-5 mart 2021-ci il tarixlərində təşkil ediləcək və yeni Avropa bazası və hamı üçün bağlantı hədəflərinin və rəqəmsal inteqrasiyanın təmin edilməsinə yönəlmiş digər mexanizmlərə uyğun universal xidmətə həsr olunacaq.