Kibercinayətkarlıq və koronavirus: CyberEast layihəsi kiber təhdidlərlə bağlı istifadəçiləri xədərdarlıq edir

  • Tarix: 31/03/20
  • Paylaş:

Aİ tərəfindən maliyyələşdirilən CyberEast layihəsi COVID-19 pandemiyası dövründə kiber təhdidlərlə bağlı xəbərdarlıq edib.

İşləmək, ünsiyyət qurmaq, məlumat almaq, paylaşmaq və qəbul etmək, habelə sosial məsafənin təsirini azaltmaq üçün kompüter sistemlərinə, mobil qurğulara və internetə hər zamankındən daha çox güvəndiyimiz bir dövrdəyik və cinayətkarlar bunlardan öz xeyirləri üçün yararlana bilərlər.

Məsələn:

  • Həqiqi kimi görünən internet səhifələri vasitəsilə fişinq kampaniyalar və zərərli proqramların yayılması, eləcə də COVID-19 haqqında guya məlumat və ya məsləhət təmin edən sənədlərdən kompüterləri yoluxdurmaq və ya istifadəçilərin hesab məlumatlarını əldə etmək üçün istifadə olunur.
  • Haker proqramları girov əvəzində insanların COVID-19 ilə bağlı test verdiyi və ya peyvəndlərinin hazırlandığı tibbi, elmi və ya digər tibb müəssisələrini bağlamağa cəhd edir.
  • Ümumdünya Səhiyyə Təşkilatı kimi həyati-vacib əhəmiyyətə malik infrastrukturlara və ya beynəlxalq təşkilatlara haker hücumları baş verir.
  • Haker proqramları pul vəsaitləri əldə etmək məqsədilə guya COVID-19 haqqında həqiqi məlumat verdiyini iddia edən tətbiqlərdən istifadə edən şəxslərin mobil telefonlarını hədəfə alır.
  • Cinayətkarlar, evdə işləyən işçiləri hədəfə alaraq şirkətlərin və ya digər təşkilatların sistemlərinə giriş əldə edirlər.
  • İnsanlar fırıldaqçılıq yolları ilə tibbi maskalar, əl üçün dezinfeksiyaedici vasitələr və guya SARS-CoV-2-nin qarşısını alan və ya müalicə edən saxta dərmanlar almağa sövq edilirlər.
  • Trollar və saxta media hesabları, çaxnaşma, sosial qeyri-sabitlik və hökumətlərə və ya onların səhiyyə orqanları tərəfindən görülən tədbirlərə inamsızlıq yaratmaq üçün yanlış məlumat və ya saxta xəbərlər yayırlar.

Layihənin mətbuat üçün açıqlamasında Europol tərəfindən təmin olunan məlumata istinad edilərək hər kəsi ehtiyatlı olmağa və təhlükəsizlik tədbirlərini gücləndirməyə dair çağırış yer almışdır. Buraya evin kibertəhlükəsiz olmasına dair təlimatlar (məlumat bir neçə dildə əlçatandır) və evdə təhlükəsiz şəkildə işləməyə dair ipucu və məsləhətlər, o cümlədən ENISA-nın açıqladığı evdə işləyənlər üçün kibertəhlükəsizliyə dair məsləhətlər daxildir. İnterpol-un dərc etdiyi COVID-19 Pandemiyası – Hüquq-mühafizə orqanları üçün təlimatlar isə ədalət mühakiməsi işçiləri üçün faydalı olacaq.

“Ədalət mühakiməsi orqanları yuxarıda göstərilən cinayətləri aşkar etməli, araşdırmalı, təyin etməli və mühakimə etməlidir, o cümlədən COVID-19 pandemiyasını öz cinayət məqsədləri üçün istifadə edənləri məsuliyyətə cəlb etmək üçün hərtərəfli əməkdaşlıq etməlidirlər”. CyberEast layihəsini həyata keçirən Avropa Şurasının (AŞ) açıqlamasında belə deyilir.

Budapeşt Konvensiyası 65 dövlət üçün zəruri hüquqi zəmanətlərin olduğu səmərəli əməkdaşlıq üzrə çərçivə rolunu oynayır. Bacarıqların artırılmasına dair proqramlar nəticəsində artıq bir çox dövlət bu istiqamətdə fəaliyyət göstərmək imkanına malikdir.

AŞ-nin açıqlamasında həmçinin gələcək böhranların aradan qaldırılması üçün əlavə həll yollarının tələb olunduğu qeyd edilmişdir. Ədalət mühakiməsi orqanlarının bacarıqları daha da artırılmalıdır. Hazırda danışıqlar mərhələsində olan Budapeşt Konvensiyası üzrə 2-ci Əlavə Protokol təcili və fövqəladə vəziyyətlərdə dərhal əməkdaşlığa imkan yaratmaq üçün vacib əhəmiyyət daşıyır.“Avropa Şurası, bir çox digər təşkilatlar kimi, virusun yayılmasını məhdudlaşdırmaq və işçi heyəti və mütəxəssislər üçün riskləri azaltmaq üçün fövqəladə tədbirlər tətbiq etmək qərarına gəlmişdir. Fiziki görüşlər və ya beynəlxalq səyahətlər daxil olmaqla, kibercinayətkarlıqla əlaqəli

fəaliyyətlər təxirə salınıb. Bununla belə, kibercinayətkarlıqla bağlı səylərimizi dayandıra bilmərik. Strasburqda yerləşən Kibercinayətkarlıqla Mübarizə üzrə Konvensiya Komitəsi Katibliyinin və Buxarestdə yerləşən Kibercinayətkarlıqla Mübarizə üzrə Proqram Ofisinin (C-PROC) əməkdaşları, tərəfdaşları dəstəkləmək və kibercinayətkarlığa qarşı ümumi səylərimizi artırmaq üçün məsafədən və video konfrans vasitəsilə işlərini davam etdirirlər”.

EU4Digital təşəbbüsü çərçvəsində icra olunan CyberEast layihəsi Kibercinayətkarlığa dair Budapeşt Konvensiyası və əlaqədar alətlərə uyğun olan qanunvericilik və siyasət bazalarının qəbul olunmasına çalışır. Layihənin digər məqsədi ədliyyə orqanlarının və hüquq-mühafizə orqanlarının bacarıqlarını artırmaq və qurumlararası əməkdaşlığı gücləndirmək, o cümlədən xidmət təminatçıları və hüquq-mühafizə orqanları arasında səmərəli beynəlxalq əməkdaşlığı və ədalət mühakiməsinə, kibercinayətkarlığa qarşı mübarizə tədbirlərinə və elektron sübütlara etimadı artırmaqdır.

Mətbuat üçün açıqlamaKoronavirus: Avropa İttifaqı özünün Şərqi tərəfdaşlarına dəstək nümayiş etdirir