CyberEast layihəsi üzrə koordinasiya komitəsi qarşıda duran vəzifələri müzakirə etmək üçün iclas keçirib

  • Tarix: 25/02/20
  • Paylaş:

13-14 fevral tarixində Ukraynanın paytaxtı Kiyevdə Avropa Komissiyası və Avropa Şurasının Kibertəhlükəsizlik Proqramı (C-PROC) “CyberEast: Şərq Tərəfdaşlığı regionunda kiber dayanıqlığın artırılması üzrə kibertəhlükəsizliyə dair fəaliyyət” layihəsinin koordinasiya komitəsinin ilk iclasını keçirib.

Görüşdə əsasən altı Şərq Tərəfdaşlığı ölkəsi (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Uktayna) olmaqla, müxtəlif ölkələrdən 65 nümayəndə iştirak etmişdir. Məqsəd CyberEast layihəsinin düzgün planlaşdırılmasını, icrasını və monitorinqini təmin etməkdir.

Müzakirələr layihənin strategiyası və Şərq Tərəfdaşlığı ölkələrinin kiber dayanıqlıq, ədalət mühakiməsi və elektron dəlillər ilə bağlı imkanlarının artırılması, kibercinayətkarlıq problemi ilə mübarizənin daha yaxşı təşkili üçün hazırlanan fəaliyyət planının qəbuluna yönəlmişdir. 

Sessiyalarda həmçinin Kibertəhlükəsizliyə dair Budapeşt Konvensiyasına uyğun olaraq qanunvericilik (əsasən Ukrayna ilə bağlı), DG NEAR tərəfindən idarə olunan “EU4Digital: Şərq Tərəfdaşlığı ölkələrində kibertəhlükəsizliyin yaxşılaşdırılması” regional proqramı çərçivəsində icra edilən kibertəhlükəsizlik komponenti, EndOCSEA@Europe layihəsi, eləcə də layihə tərəfdaşları və Aİ nümayəndəlikləri arasında əməkdaşlıq və koordinasiya mövzularına toxunulub.

Mətbuat üçün açıqlama