Noyabrın 12-də kiberzorakılığa həsr olunmuş növbəti C-PROC onlayn seminarı keçirilib və qadınlara qarşı kiberzorakılıq məsələsinə həsr olunub. Tədbir Aİ tərəfindən maliyyələşdirilən CyberEast layihəsi çərçivəsində təşkil olunub.
Bu onlayn seminar İstanbul Konvensiyası, Seksizmin qarşısının alınması və ona qarşı mübarizə haqqında Tövsiyə (2019-cu il) və mahiyyətcə informasiya və kommunikasiya texnologiyalarından istifadə ilə əlaqədar digər müvafiq mövzular haqqında məlumalılığı artırmaq məqsədilə təqdimat və müzakirələrdən ibarət olub. Tədbirdə bu təhdidlərin qarşısının alınmasında və idarə olunmasında müxtəlif qurumların və maraqlı tərəflərin, o cümlədən hüquq-mühafizə orqanlarının hüquq və vəzifələri, o cümlədən kiberzorakılığın müxtəlif formaları ilə mübarizədə qabaqcıl təcrübələr müzakirə edilib.
Kibercinayətkarlıq və kibertəhlükəsizlik, habelə qadınlara qarşı zorakılıq və məişət zorakılığı məsələlərində məsul olan rəsmi şəxslər və qanunvericilər, ədalət mühakiməsi orqanları (hakimlər, prokurorlar, hüquq-mühafizə orqanları), qeyri-hökumət təşkilatları və tədqiqatçılar/təhsil ocaqlarının nümayəndələri onlayn seminarda iştirak etmək imkanı qazanıb.
Tədbir haqqında daha ətraflı məlumatı, dəvət olunan məruzəçilərin siyahısını, onların təqdimatlarını və seçilmiş resursları onlayn seminarın internet səhifəsində tapa bilərsiniz.
Bu onlayn seminar Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə icra olunan CyberEast layihəsi çərçivəsində təşkil olunub və Avropa Şurasının Qadınlara qarşı zorakılığa dair bölməsi və Gender bərabərliyi bölməsi daxil olmaqla, Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlığa dəstək vermək məqsədi daşıyır.
Növbəti C-PROC onlayn seminarının tarixi Onlayn seminarlar bölməsində dərc olunacaq.