Aİ və Avropa Şurasının birgə layihəsi olan “CyberEast” çərçivəsində Avropa Şurasının kibercinayətkarlıq üzrə proqram ofisi (C-PROC) tərəfindən “Seçkilərə müdaxilə: son dərəcə mühüm məlumat sistemlərinə hücumlar” mövzusunda yeni seminar keçiriləcək.
Tədbir 4 iyun 2020-ci il Şərqi Avropa yay vaxtı ilə saat 12:00-da (GMT+3) keçiriləcək.
Bu keçidə keçməklə seminarda qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyat iyunun 3-ü saat 09:00-a (GMT+3) qədər davam edəcək.
Seminar haqqında ətraflı məlumatı, əlaqədar resursları və tədbirin proqramını tədbirdən qabaq və sonra müntəzəm yenilənəcək xüsusi səhifədən əldə etmək olar.
Tədbirin məqsədi, seçki proseslərinin təşkili, aparılması və ya dəstəklənməsi üçün istifadə olunan son dərəcə vacib informasiya sistemləri üçün mövcud təhlükələri müəyyən etməkdir.
Seminarda mövcud çatışmazlıqları göstərən və bu cür hücumlardan mühafizə və onların qarşısını almaq üçün tövsiyələr verməklə hüquqi, təşkilati, texniki və digər cəhətlər barədə məlumat veriləcək.
Seminar, interaktiv iştirakı və iştirakçılar arasında məlumat mübadiləsini təşviq etmək, müvafiq və qabaqcıl təcrübə, problem və imkanları müzakirə etmək üçün nəzərdə tutulub.
Tədbirdə təxminən 200 nəfərin iştirakı gözlənilir. Seminar xüsusilə kibercinayətkarlıq və kibertəhlükəsizliyə cavabdeh olan qanunvericilər, ədalət mühakiməsi orqanları (hakimlər, prokurorlar, hüquq-mühafizə orqanları), Milli Kompüter Təhlükəsizliyi Hadisələrinə Cavab Qrupları (CSIRTs), həmçinin mövzu ilə maraqlanan tədqiqatçılar və təhsil işçləri üçün faydalı olacaq. CyberEast layihəsinin bu fəaliyyətində C-PROC tərəfindən əhatə olunan müxtəlif regionlardakı digər benefisiar ölkələrin nümayəndələri də iştirak edə bilər.
C-PROC tərəfindən EU4Digital təşəbbüsü çərçivəsində icra olunan CyberEast layihəsinin məqsədi Şərq Tərəfdaşlığı ölkələrinin kiber dayanıqlılığına dəstək verməkdir.