Dünyanın başqa dövlətləri kimi Şərq Tərəfdaşlığı ölkələri də yaxın illərdə kiberhücumların və digər təhlükəsizlik insidentlərinin hədəfinə çevrilib. EU4Digital Proqramının bu yaxınlarda dərc etdiyi “Şərqi tərəfdaşlıq ölkələri üçün kibertəhlükəsizliyə dair təlimatlarda” aradan qaldırılması tələb olunan əsas maneələr və boşluqlar, o cümlədən hər bir tərəfdaş ölkəsində kibertəhlükəsizlik sahəsində dayanıqlığın gücləndirilməsi məqsədilə əsas problemlərə və tövsiyələrə nəzər salınıb.
İnformasiya və kommunikasiya texnologiyaları (İKT) Avropa bazarlarının inkişafının əsas səbəblərindən birinə çevrilmişdir. Sərhədlər daxilində və xaricində məlumat və xidmətlərin dövlət idarələri arasında açılması, bir tərəfdən onların səmərəliliyini artırır və müəssisələrin və vətəndaşların sərbəst hərəkətini asanlaşdırır, digər tərəfdən isə bütün məlumatların və sistemlərin lazımi qaydada qorunmasını tələb edir. Bu səbəbdən də informasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Kibertəhdidlərin təkmilləşdirildiyi və məlumatlara dağıdıcı təsir göstərdiyi üçün, onlayn iqtisadiyyatın işini davam etdirmək və firavanlığı təmin etmək üçün şəbəkə və informasiya sistemlərinin təhlükəsizliyi çox vacibdir. Kiberməkanı açıq və sabit saxlamaq üçün dövlətlərin toxunulmazlığını və təhlükəsizliyini, o cümlədən onların vətəndaşlarının cinayət xarakterli kiberfəaliyyətlərdən qorumaq ilə bağlı artmaqda olan ehtiyacı da nəzərə almaq lazımdır.
Rəqəmsallaşdırma seçim deyil, müəssisə və iqtisadiyyatlar üçün bir zərurətdir. Rəqəmsal texnologiyaların təklif etdiyi sərhəd tanımayan mükəmməl imkanlardan daha yaxşı yararlanmaq üçün bütün dövlətlər həmin sahələrdə təhlükəsizliyi təmin etmək məqsədilə tədbirləri və standartları eyni formada anlamalıdırlar. Onlar kiberdayanıqlığı təşviq etmək üçün bir sıra cəbhələrdə çalışmalıdırlar, yəni şəbəkənin təhlükəsizliyinə dair məlumatlar sahəsində xüsusi qanunlar hazırlamalı və bərqərar etməli, kiberməkanda biznesin inkişafı üçün müvafiq təşkilati və hüquqi baza hazırlamalı, müvafiq kibertəhlükəsizlik tədbirlərini həyata keçirməli və kibertəhdidlərin yaratdığı riski başa düşməli və kibertəhlükəsizlik hücumlarına cavab verməlidirlər. Ölkələr arasında transsərhəd əməkdaşlıq və xidmətlərin sərbəst hərəkətinin əhəmiyyəti gündən-günə artdığına görə Şərqi tərəfdaşlıq ölkələrini bu keçidə daxil etmək və onları müşayiət etmək olduqca vacib əhəmiyyət kəsb edir.
EU4Digital Proqramı, regionda kiberməkanın əmniyyət və təhlükəsizliyini, eləcə də təkmilləşdirilmələr ilə bağlı ideyeların təmin edilməsi ilə əlaqədar hazırlıq və qabiliyyəti barədə qiymətləndirmələr aparmışdır. Sözügedən qiymətləndirmə Şərqi tərəfdaşlıq ölkələrində kibertəhlükəsizliyə dair siyasət və tədbirlərin həyata keçirilməsi istiqamətində görülən işlərin cari vəziyyətini təsvir edir. Sənəddə dövlət nizamnamələrinin, siyasətlərinin və altı Şərqi tərəfdaşlıq ölkəsi tərəfindən tətbiq olunan təhlükəsizlik tədbirlərində olan mövcud boşluqlar və çatışmazlıqlar haqqında ümumi məlumat verilib və hər bir ölkədə fərdi kibertəhlükəsizlik həllərinin yetkinlik səviyyəsini müəyyən etməyə cəhd edilib. Bundan əlavə, Şərqi tərəfdaşlıq ölkələrinin kibertəhlükəsizlik sahəsində məsul olan yerli dövlət orqanlarına təqdim olunan qabaqcıl təcrübə və tövsiyələr, tərəfdaş ölkələr arasında daha güclü və dayanıqlı kiberməkana töhfə verəcək və şəbəkə və məlumat sistemlərinin pozulması və ya sıradan çıxma riskini azaldacaq.
Dərc edilmiş hesabata buradan baxa bilərsiniz.