

Əsas səhifə / Xəbərdar olun / Son xəbərlər
Şərqi tərəfdaşlıq ölkələrində rəqəmsal innovasiya mərkəzlərinin yaradılması və fəaliyyətinə dair tədbir keçirilib
Tarix: 29/04/21
Aprelin 22-də EU4Digital Proqramının İKT və innovasiyalar üzrə qrupu tərəfindən təşkil olunan şəbəkə tədbirində rəqəmsal innovasiya mərkəzlərinin (RİM-lər) yaradılmasına və belə mərkəzlər arasında əlaqələrin qurulmasına yönəlmiş Aİ-nin aparıcı layihə və təşəbbüslərinin xidmət və şəbəkələri təqdim edilib. Tədbirdə həmçinin Şərqi tərəfdaşlıq ölkələrində ixtisaslaşmış xidmətlər, biznes modelləri və potensialın artırılmasına dair proqramların hazırlanmasında tətbiq olunan yanaşmalar müzakirə olunub.
Tədbirdə aşağıdakılar daxil olmaqla Aİ-nin aparıcı təşkilatlarının nümayəndələri iştirak edib:
- Avropa Komissiyası (DG CONNECT).
- Rəqəmsal İnnovasiya Mərkəzləri Şəbəkəsi (DIHNET.EU).
- Avropanın texnologiya sahəsində maliyyələşmə təmin edən ekosistemləri – FundingBox.
- İstehsal sahəsində fəaliyyət göstərən KOB-lar üçün Aİ-nin İKT və innovasiyalar üzrə təşəbbüsü (I4MS).
- Aİ-yə üzv ölkədən RİM-lər – am-LAB (Macarıstan).
Şərqi tərəfdaşlıq ölkələrindən 39 dövlət və qeyri-dövlət sektorunu təmsil edən hədəf təşkilatdan 70-ə yaxın nümayəndə tədbirə qatılıb. Rəqəmsal texnologiyalar infrastrukturuna malik səlahiyyət mərkəzlərinin, KOB-ların və Dördüncü sənaye inqilabı (Industry 4.0) dövründə rəqəmsal transformasiya ilə əlaqəli biznesə dəstək təşkilatlarının, şəbəkələrin və birliklərin, o cümlədən nazirlər səviyyəsində təmsilçilərin və Şərqi tərəfdaşlıq ölkələrində innovasiya ekosistemlərinin inkişafını əlaqələndirən qurumların nümayəndələri müzakirələrdə iştirak edib.
Tədbiri giriş sözü ilə açıq elan edən EU4Digital proqramının komanda rəhbəri Arturos Piliponis EU4Digital proqramı və şəbəkə tədbirinin məqsədləri haqqında danışıb. Onun ardınca Avropa Komissiyasının (DG CONNECT) ikinci milli eksperti Matias Kuom “Avropa Sənayesinin Rəqəmsallaşdırılması və Avropa Rəqəmsal İnnovasiya Mərkəzləri” mövzusunda təqdimat ilə çıxış edib. O, Avropa Sənayesinin Rəqəmsallaşdırılması Təşəbbüsü və Avropa RİM-ləri sahəsindəki cari vəziyyət haqqında məlumat verərək innovativ və səmərəli iqtisadi transformasiya üçün ağıllı ixtisaslaşmanın əhəmiyyətini vurğulayıb. Cənab Kuom qeyd edib ki, Aİ-nin KOB-lara dəstəyinə dair siyasəti həm dövlət, həm də özəl sektorda fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri daxildir. Sonra iştirakçılara innovasiyaların müxtəlif sahələrində RİM-lər arasında əlaqələrin qurulmasına dəstək verən “Smart Anything Everywhere” (SAE) adlı təşəbbüs kimi əməkdaşlıqlara şərait yaradan layihə və açıq təşəbbüsləri tədqiq etmək imkanı verilib. Daha sonra RİM-lər arasında əlaqələrin qurulması və saxlanılması mövzusuna toxunan DIHNET.EU-nun layihə rəhbəri Mauritz Bater “Avropa RİM-lərinin fəaliyyəti haqqında ümumi məlumat” verib.O, Avropa Rəqəmsal İnnovasiya Mərkəzləri şəbəkəsinin dörd əsas fəaliyyət istiqaməti və Şərqi tərəfdaşlıq ölkələrindən olan təşkilatların Avropadakı RİM-lərlə əməkdaşlıq dəhlizlərinin açılmasında açar rolunu oynayan ixtisaslaşmanın tətbiqini vurğulayan mexanizmi təqdim edib. Cənab Bater müntəzəm yenilənən, müxtəlif seçim kriteriyalarına malik və əsasən KOB-ların ehtiyaclarına cavab verən layihələr üzrə ərizə qəbulları haqqında məlumatların əldə olunmasına dair iştirakçılara məsləhətlər verib. O, həmçinin iştirakçıları praktik olmağa və təmsil etdikləri təşkilat haqqında məlumatları Rəqəmsal İnnovasiya Mərkəzlərinin Kataloquna daxil etməklə digər RİM-lərlə əməkdaşlıq
Şərqi tərəfdaşlıq ölkələri üçün mövcud olan RİM və maliyyələşmənin şəlalə modeli imkanları, “FundingBox” maliyyələşmə ekosistemində tərəfdaşlıq və biznesin inkişafı üzrə menecer Mayte Karrakedo tərəfindən “FundingBox-un rəqəmsal transformasiya dövründə olan KOB-lara əsas dəstək mexanizmi” adlı təqdimatla çıxış edib. Xanım Karrakedo KOB-ların rəqəmsal transformasiyasında tətbiq olunan şəlalə tipli maliyyələşmə mexanizminə ətraflı nəzər yetirərək RİM-lərin yaradılması və inkişafı üçün ən qabaqcıl təcrübələri paylaşıb. RİM-in yaradılmasında yerli KOB-ların maraqlı olması mühüm əhəmiyyət daşıyır. RİM-lərin yaradılmasına təsir göstərən digər həlledici amillər arasında biznes planı, tərəfdaşların səlahiyyətlərinin planlaşdırılması, ziddiyyətlərin qarşısının alınması üçün güclü konsorsium razılaşmasının hazırlanması və digər RİM-lərlə konkret əməkdaşlıq üçün şəbəkələrin qurulması da var.
EU4Digital Proqramının İKT və innovasiyalar üzrə qrup rəhbəri Anna Pobol milli və xarici maliyyə mənbələrindən istifadə edərək maliyyələşmənin şəlalə modelinin Şərqi tərəfdaşlıq ölkələrində ideal model ola biləcəyini vurğulayıb. Bu model bürokratik prosedurların azaldılması vasitəsilə maliyyə mənbələrinə hədəfli və sadələşdirilmiş çıxış imkanı verir.
Tədbirin ikinci hissəsi istehsal sənayesinin rəqəmsallaşdırılmasına dəstək verən RİM-lərə həsr olunub. I4MS-də layihə rəhbəri Mariya Roka öz növbəsində “Aİ-nin istehsal sahəsində fəaliyyət göstərən KOB-lar üçün İKT və innovasiyalar təşəbbüsü” adlı təqdimatında rəqəmsal innovasiyalar sayəsində istehsal sahəsindəki KOB-ların rəqabət qabiliyyətini artırmaq üçün mövcud vasitələrlə bağlı ümumi məlumat verib. Bunlar arasında ağıllı istehsal, broker sistemi sahələrində ekspertlərin geniş məlumat bazası olan, eləcə də icma üzvləri tərəfindən təqdim olunan qabaqcıl təlim kataloqunun olduğu I4MS onlayn icmasına pulsuz çıxış imkanı daxildir. Xanım Roka istehsal müəssisələrinin üzləşdiyi ümumi çətinliklərə toxunaraq hazırda KOB-lar üçün açıq olan layihə qəbulu imkanları haqqında məlumat verib, MIDIH və AMable kimi istehsal sahəsi KOB-larının rəqəmsallaşdırılmasına dəstək verən praktik alətləri təqdim edib. Bundan əlavə, xanım Roka, ŞT-də fəaliyyət göstərən təşkilatların I4MS üçün əlaqə mərkəzlərinə çevrilməsini və KOB-ların rəqəmsallaşdırılmasına dair istiqamətləndirilmiş məlumat dəstəyindən faydalanma imkanı haqqında danışıb.
Macarıstanda fəaliyyət göstərən am-LAB adlı RİM-in təsisçisi və RİM-lər arasında yarışı 2020-ci il üzrə (2020 DIH Champions Challenge) qalibi cənab Balaj Barta tədbirin son hissəsində “Aİ-yə üzv dövlətdəki aparıcı RİM-lərin təcrübəsi: xidmətlərin ixtisaslaşdırılması və əməliyyatların biznes modeli” adlı təqdimatla çıxış edib. Cənab Barta am-LAB kimi RİM-lərin xidmət portfelinin yaradılması istiqamətindəki addımları haqqında danışıb. Bu portfelə bazarın ehtiyaclarını və ixtisaslaşmış təcrübənin toplanılması üçün birgə layihə və proqramlarda beynəlxalq tərəfdaşlığın yollarını müəyyənləşdirmək məqsədilə bir sıra seminarlar daxildir. Eyni zamanda tədbir iştirakçılarına xidmət və biznes modellərini hazırlayarkən yaradıcı olmaları tövsiyə edilib, eləcə də am-LAB ilə əməkdaşlıq etməyə dəvət ediliblər.
Ukrayna Sənaye Avtomatlaşdırma Birliyinin (AIAU) baş direktoru Aleksandr Yurçak Şərq Tərəfdaşlığı ölkələrində RİM-lər üçün lazımi texnoloji infrastrukturun olmaması səbəbindən texnoloji test və qiymətləndirmənin tətbiq edilməsinin və həyata keçirilməsinin çətin olduğunu qeyd edib. Öz növbəsində cənab Barta təsisçisi olduğu laboratoriyanın texniki infrastrukturla təchiz edilməsi və KOB-lara məsləhət xidməti göstərmək üçün işçi heyətinin bacarıqlarının artırılması prosesi ilə bağlı təcrübəsini bölüşüb.
Bundan əlavə, Ukraynada “Industry4Ukraine” platformasının yaradılması istiqamətində çalışan cənab Yurçak rəqəmsal innovasiya mərkəzləri üçün əməliyyat modelləri üzərində müvəffəqiyyətli olan Aİ RİM-ləri ilə təcrübə mübadiləsinin Şərqi tərəfdaşlıq ölkələrindəki təşkilatlar üçün eyni dərəcədə dəyərli olduğunu vurğulayıb. Aİ və ŞT təşkilatları arasında əlaqələr qurmaq və tanışlıq xarakteri daşıyan səfərlər təşkil etmək üçün gələcək təşəbbüsləri dəstəklədiyini bildirib. Şərqi tərəfaşlıq ölkələrindəki səlahiyyət və təcrübə mərkəzlərində texnoloji infrastrukturda olan boşluqların azaldılmasına yönəlmiş daha spesifik proqramlara ehtiyac olduğu əlavə edilib.
Tədbirin sonunda EU4Digital Proqramının İKT və innovasiyalar üzrə qrup rəhbəri Anna Pobol qeyd edib ki, KOB-ların rəqəmsal transformasiyasını təmin etməyə yönəlmiş Aİ-nin siyasət və vasitələrinin faydası təkcə qanunvericilər üçün nəzərdə tutulmayıb. İnnovasiya ekosisteminin texnologiya təminatçıları, elmi-tədqiqat müəssisələri, biznes assosiasiyaları və innovasiya infrastrukturu təşkilatları müəyyən biznes metodları və xidmət paketləri ilə Avropa səhiyyə qurumlarından öyrənərək inkişaf edə bilərlər. Şərqi tərəfdaşlıq ölkələrindəki təşkilatlar, Aİ şəbəkələrinə qoşulmaqla və beynəlxalq innovasiya cəmiyyətlərinin alətləri və təcrübələrini daha dərindən öyrənməklə ixtisaslarını artıra və rəqəmsal texnologiyaları ölkələrindəki KOB-lar üçün daha əlçatan edə bilərlər.
Presentations:
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- İKT-nin innovativ inkişafı
Daha çox xəbər
28/11/2023
Rəqəmsal İpək Yolu layihəsi Azərbaycana və Gürcüstana inkişaf vəd edir
Azərbaycan və Gürcüstan Avropanı Mərkəzi və Cənubi Asiya ilə birləşdirən fiber-optik telekommunikasiya “dəhliz…
Daha çox oxu27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü…
Daha çox oxu21/11/2023
Rəqəmsal bağlantı: Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya üçün yeni imkanlar
Səhiyyə, təhsil, maliyyə, biznes və dövlət idarəçiliyi sahələrində xidmətlərin onlayn formada təminatı artdıqc…
Daha çox oxu

28/11/2023
Rəqəmsal İpək Yolu layihəsi Azərbaycana və Gürcüstana inkişaf vəd edir
Azərbaycan və Gürcüstan Avropanı Mərkəzi və Cənubi Asiya ilə birləşdirən fiber-optik telekommunikasiya “dəhliz…
Daha çox oxu
27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü…
Daha çox oxu
21/11/2023
Rəqəmsal bağlantı: Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya üçün yeni imkanlar
Səhiyyə, təhsil, maliyyə, biznes və dövlət idarəçiliyi sahələrində xidmətlərin onlayn formada təminatı artdıqc…
Daha çox oxu