Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal texnologiyaların inkişafına həsr olunmuş konfrans
Tarix: 17/09/21
Sentyabrın 27-də Şərq Tərəfdaşlığı ölkələrindən olan əsas maraqlı tərəflər yüksək sürətli internet və onlayn ticarət kimi müxtəlif mövzuları əhatə edən “Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal texnologiyaların inkişafına həsr olunmuş konfransa” qoşulacaq.
Sentyabrın 27-dən oktyabrın 1-nə qədər davam edəcək virtual konfrans EU4Digital Proqramının Koordinasiya Komitəsinin illik iclası çərçivəsində təşkil olunur. Ölkə və Aİ rəsmiləri, Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal transformasiya ilə məşğul olan digər dövlət və özəl maraqlı tərəflər daxil olmaqla, konfransa təxminən 450 nəfər dəvət edilib.
Saat 10:00-da işə başlayan konfrans EU4Digital Proqramının Koordinasiya Komitəsinin internet səhifəsindən İngilis dilində canlı yayımlanacaq.
Virtual konfransda pərakəndə satış qiymətlərini aşağı salmaq üçün telekommunikasiya infrastrukturu, 5G və əlverişli yüksək sürətli internet, KOB və startaplar üçün ekosistemlər vasitəsilə rəqəmsal biznesin gücləndirilməsi və Aİ ilə Şərq Tərəfdaşlığı ölkələri arasında onlayn ticarətin genişləndirilməsi üçün elektron ticarət həlləri kimi mövzular daxil olmaqla, Şərq Tərəfdaşlığı regionunda rəqəmsal transformasiyanı dəstəkləməkdə EU4Digital təşəbbüsünün rolu müzakirə ediləcək.
İlk olaraq konfransa Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Məsələləri üzrə baş direktorunun müavini Katarina Maternova sədrlik edəcək.
Tədbir regionda rəqəmsal transformasiya sahəsinin konkret cəhətlərinə yönəlmiş beş sessiyadan ibarətdir:
Rəqəmsallaşma erasında limitsiz sürət
Telekommunikasiya infrastrukturu: rouminq xidmətinin pərakəndə qiymətlərinin azaldılması, 5G texnologiyası və əlverişli yüksək sürətli internetin əsasının qoyulması
Şərq Tərəfdaşlığında KOB və startap ekosistemləri vasitəsilə rəqəmsal texnologiyalar sahəsində çalışan gələcək nəsil müəssisələrinin gücləndirilməsi
Elektron kommersiya üzrə pilot layihələr Aİ və ŞT arasında elektron ticarəti necə asanlaşdıra bilər
Ed Tech panel müzakirələri: 1 milyon ŞT vətəndaşının rəqəmsal texnologiyalar cəhətdən səlahiyyəltəndirilməsi
Konfransda əsas məruzəçi, EY şirkətinin qlobal rəqəmsal və yeni texnologiyalar sahəsində rəhbəri Aleksandr Poneverski olacaq. O, 2020-ci ildə Əşyaların interneti sahəsində qlobal lider və Rəqəmsallaşma erasında limitsiz sürət kitabının müəllifidir. Digər məruzəçilər arasında rəqəmsal texnologiyalar sənayesinin tanınmış simaları, EU4Digital proqramının mütəxəssisləri və Şərq Tərəfdaşlığı ölkələri və Avropa Komissiyasının yüksək vəzifəli şəxsləri olacaq.
EU4Digital təşəbbüsünün məqsədi, Avropa İttifaqının Vahid Rəqəmsal Bazarını Şərq Tərəfdaşlığı ölkələrinə qədər genişləndirmək və iqtisadiyyatı inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, insanların həyatlarını yaxşılaşdırmaq və müəssisələrə kömək məqsədilə rəqəmsal iqtisadiyyatın və cəmiyyətin potensialını inkişaf etdirməkdir.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.