Rəqəmsal bacarıqlara dair forum – iştirak etmək üçün qeydiyyatdan keçin
Tarix:
27/10/21 to 29/10/21
27-29 oktyabr tarixlərində EU4Digital Proqramı rəqəmsal bacarıqlara dair geniş miqyaslı tədbir təşkil edir. Rəqəmsal bacarıqlara dair forumun məqsədi altı Şərq Tərəfdaşlığı ölkəsinin nümayəndələrini bir araya gətirmək və rəqəmsal bacarıqlar, işçi qüvvəsinin ixtisasının artırılması və yenidən ixtisaslaşması və Rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiyaların idarə edilməsi sahələrində dəyərli beynəlxalq təcrübələri bölüşməkdir.
Forumun ilk günü rəqəmsal bacarıqlara dair milli təşəbbüslərin həyata keçirilməsi və idarə edilməsi üzrə aydın məqsədlərin qoyulmasına, o cümlədən milli koalisiyaların işinin həyata keçirilməsinə və Milli koalisiyaların dəyəri və praktiki tərəfi ilə bağlı Şərq Tərəfdaşlığı ölkələri nümayəndələrini maraqlandıra biləcək sualları cavablandırmaq üçün sual-cavab sessiyasının təşkilinə həsr olunacaq. Forum iştirakçıları Rəqəmsal bacarıqlara dair strategiyanın hazırlanması və milli koalisiyaların birbaşa bir neçə Aİ-yə üzv dövlətin milli koalisiyası əlaqələndiriciləri (buraya Avstriya, İtaliya, İrlandiya və digərləri daxildir) tərəfindən əlaqələndirilməsi ilə bağlı qabaqcıl təcrübələrlə tanış olacaqlar.
Forumun ikinci günü işçi qüvvəsinin bacarıqlarına və COVID-19 pandemiyasının rəqəmsal bacarıqlar sahəsindək tələblərə təsirinə həsr olunacaq. İştirakçılar işçi qüvvəsinin ixtisasının artırılması və yenidən ixtisaslaşması və EU4Digital proqramı tərəfindən hazırlanan Şərq Tərəfdaşlığı ölkələrində KOB-lar və mikromüəssisələr üzrə Rəqəmsal səlahiyyət bazasının praktiki cəhətləri ilə bağlı qabaqcıl təcrübələr haqqında dəyərli məlumatlar alacaqlar. Həmin gün ərzində COVID-19 pandemiyasını təsirinin azaldılmasına yönəlmiş təşəbbüsləri təqdim və müzakirə etmək üçün sözügedən ölkələr üçün seminar təşkil olunacaq.
Forumun son günü İrlandiyaya virtual səfər təşkil olunacaq. Burada İrlandiya milli koalisiyasının üzvləri rəqəmsal bacarıqlara dair təşəbbüslərini, eləcə də milli koalisiyaların praktiki cəhətləri və tarixçəsini təqdim edəcəklər.Forumda iştirak üçün qeydiyyat oktyabrın 26-nə qədər açıq olacaq və buradan mümkündür.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.