Rəqəmsal Bacarıqlar Forumu keçirilib

  • Tarix: 05/11/21
  • Paylaş:

EU4Digital proqramı 27-29 oktyabr tarixlərində Rəqəmsal Bacarıqlar Forumu keçirib. Altı Şərq Tərəfdaşlığı ölkəsindən nümayəndələr və ekspertlərin qatıldığı forumda fikir mübadiləsi aparılıb, təşəbbüslər və qabaqcıl təcrübələr paylaşılıb, eləcə də Aİ-nin rəqəmsal bacarıqlara dair təşəbbüsləri barədə olduqca vacib məlumatlar verilib.

Ümumilikdə forum iştirakçıları rəqəmsal bacarıqlar sahəsində işçi qüvvəsinin ixtisasının artırılması və yenidən ixtisaslaşması və Rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiyaların idarə edilməsi sahələrində dəyərli beynəlxalq təcrübələri bölüşüblər.

Forumun ilk günü rəqəmsal bacarıqlara dair milli təşəbbüslərin həyata keçirilməsi və idarə edilməsi üzrə aydın məqsədlərin qoyulmasına, o cümlədən milli koalisiyaların işinin praktiki həyata keçirilməsinə həsr olunub. Maltanın Elektron bacarıqlar üzrə Milli Koalisiyasının və eSkills Malta Fondunun koordinatoru Karmel Kaçia və fit4internet-in baş katibi və Avstriyada Milli Koalisiyanın Koordinatoru Ulrike Domani-Funtanın təqdimatlarının ardınca EU4Digital proqramı tərəfindən həyata keçirilən milli koalisiyaların işinin praktiki həyata keçirilməsinə dair seminar keçirilib.

Forumun ikinci günü işçi qüvvəsinin bacarıqlarına və COVID-19 pandemiyasının rəqəmsal bacarıqlar sahəsində tələblərə təsirinə həsr olunub. İtaliya Milli Koalisiyası və Rəqəmsal Bacarıqlar Təşəbbüsünün Repubblica Digitale koordinatoru Cüzeppe İakononun və Baltik Kompüter Akademiyasının direktoru Sayne Briketin  təqdimatları baş tutub. EU4Digital proqramı tərəfindən Avropa səriştə bazaları, onlardan istifadə halları və peşə profili tətbiqləri ilə bağlı təqdimatla, həmçinin Şərq Tərəfdaşlığı ölkələri üçün seminarla davam edən ikinci gün iştirakçılar COVID-19 pandemiyasının təsiri ilə bağlı təcrübələrini bölüşüblər.

Forumun son günü İrlandiyaya virtual səfər təşkil olunub. Burada İrlandiya milli koalisiyasının üzvləri rəqəmsal bacarıqlara dair təşəbbüslərini, eləcə də İrlandiya milli koalisiyalarının praktiki cəhətləri və tarixçəsini təqdim ediblər. Virtual səfər zamanı İrlandiya Milli Koalisiyasının aşağıdakı üzvləri Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələrini məlumatlandırıblar:

  • İrlandiya Kompüter cəmiyyətinin baş katibi Meri Kliri.
  • Müəssisə, Ticarət və Məşğulluq Departamentinin nümayəndəsi Alan Pauer.
  • Hökumətin Baş İnformasiya İdarəsi ofisinin nümayəndəsi Eylis Merno.
  • İKT Skillnet-in nümayəndəsi Deyv Finan.
  • CareersNews-un nümayəndəsi Tom Farrel.
  • An Cosan-ın nümayəndəsi Mark Kelli.
  • İrlandiya Təhsil Cəmiyyətinin nümayəndəsi Adrien Veb.

Forumun bütün günlərində keçirilən təqdimatlara buradanbaxa bilərsiniz.