İş yerində rəqəmsal bacarıqlar: EU4Digital KOM-lar və mikromüəssisələr üçün Rəqəmsal səlahiyyət bazasının hazırlanması üzərində işləyir
Tarix: 14/09/20
EU4Digital proqramı Aİ-nin mövcud bazalarına əsaslanaraq Şərqi tərəfdaşlıq ölkələrində yerləşən KOM-lar və mikromüəssisələr üçün vahid Rəqəmsal səlahiyyət bazası üzərində çalışır. Səlahiyyət bazası KOM-lar və mikromüəssisələrdə çalışanlar arasında rəqəmsal bacarıqların yaxşılaşdırılmasına dəstək verməyə yönəlmişdir.
Rəqəmsal səlahiyyətlər bütün sənaye sahələrində və sektorlarda getdikcə daha çox rol oynamağa başlayır, çünki İKT və qeyri-İKT ilə bağlı xidməti vəzifələr arasındakı sərhədlər getdikcə yox ola bilər. KOM-lar və mikromüəssisələrdə çalışan peşəkarlar işlə əlaqədar bir çox vəzifələr və/və ya sektorlararası xidməti vəzifələr, o cümlədən müxtəlif rəqəmsal səlahiyyətlər tələb edən vəzifələr icra edirlər.
Şərqi tərəfdaşlıq ölkələri üzrə Rəqəmsal səlahiyyət bazası Aİ-nin Vətəndaşlar üçün Rəqəmsal Səlahiyyət Bazasına (DigComp) və Avropa Elektron səlahiyyət bazasına (e-CF) əsaslanır. Bunlar rəqəmsal bacarıqlar sahəsində ən geniş tətbiq olunan bazalardır.
Adı çəkilən hər iki baza standart istifadəçidən (DigComp) başlayaraq mütəxəssis istifadəçi və İKT üzrə peşəkar səviyyəli istifadəçiyə qədər (e-CF) rəqəmsal texnologiyalar sahəsində səriştəni təsvir etmək üçün istifadə oluna bilər.
DigComp, 21 fərqli səriştədən istifadə edərək rəqəmsal texnologiyalar sahəsində səriştəli vətəndaş olmağın nə demək olduğunu izah edir. Rəqəmsal texnologiyalar sahəsində səriştə, rəqəmsal texnologiyalardan tənqidi, kollektiv və yaradıcı surətdə istifadə etmə qabiliyyətini nəzərdə tutan əsas qarşılıqlı səriştə kimi xarakterizə edilir.
E-CF, İKT sahəsində çalışan peşəkar şəxslər üçün vahid istinad mənbəyi təmin edir və müxtəlif İKT sektoru mütəxəssisləri və maraqlı tərəfləri arasında əməkdaşlıq yolu ilə hazırlanmışdır. E-CF, İKT sektorunda iş prosesləri ilə əlaqədar 41 səriştəni təsvir edir.
Mikromüəssisələr və KOM-ların işçi qüvvəsi arasında rəqəmsal bacarıqların inkişafı vacibdir, çünki KOM-lar Şərqi tərəfdaşlıq ölkələrinin iqtisadiyyatının əsas iştirakçılarıdır. Şərqi tərəfdaşlıq ölkələrində KOM-lar özəl sektorda məşğulluğun cəmi 57%-ni təşkil etmələrinə rəğmən şirkətlərin 99%-i onların payına düşür. Müqayisə üçün qeyd edək ki, Aİ-də KOM-lar məşğulluğun əhəmiyyətli hissəsini (yeni yaradılan işlərin 85%-i) təşkil edir.
Bu ehtiyaca cavab olaraq EU4Digital rəqəmsal səriştə üzrə vahid yanaşmanın hazırlanmasına kömək edəcək və karyera və tədris planının hazırlanmasına dəstək verəcək Səlahiyyət bazası üzərində işləyir. Baza üç elementdən ibarət olacaq:
Səlahiyyət bazasının inkişaf metodlarını, prosesini və məqsədlərini təsvir edən metodologiya.
Şərqi tərəfdaşlıq ölkələrindəki KOM-lar və mikromüəssisələr üzrə Səlahiyyət bazasının istifadəsinə dair təlimatlar.
Rəqəmsal bacarıqlar şəbəkəsi tərəfindən seçildiyi kimi bir KOM və ya mikromüəssisə daxilində spesifik xidməti vəzifələri yerinə yetirmək üçün əsas səriştə və bacarıqlar da daxil olmaqla
seçilmiş Xidməti vəzifə profilləri.
Şərqi tərəfdaşlıq ölkələrindəki KOM və mikromüəssisələr müxtəlif sayda işçi, sənaye sektoru və rəqəmsal texnologiyalarda səriştə səviyyələrinə malikdir. Səlahiyyət bazası, sektordan, müəssisənin həcmindən və rəqəmsal texnologiyalarda səriştə səviyyəsindən asılı olmayaraq Şərqi tərəfdaşlıq ölkələrindəki KOM və mikromüəssisələrin əksəriyyətinə tətbiq olunmasını qarşısına məqsəd qoyub.
Sözügedən baza, Aİ-nin mövcud bazalarından istifadə edəcək, eyni zamanda onların Şərqi tərəfdaşlıq ölkəsində fəaliyyət göstərən KOM və mikromüəssisələrin ehtiyaclarına uyğun istifadəsini və uyğunlaşmasını dəstəkləyəcəkdir. Şərqi tərəfdaşlıq ölkəsindəki mütəxəssislər, Xidməti vəzifə profilləri, Təlimatlar və Metodologiya üzrə fəaliyyətlərə cəlb olunacaqlar. EU4Digital proqramı, Şərqi tərəfdaşlıq ölkələrindəki KOM-lar və mikromüəssisələr üçün Rəqəmsal səlahiyyət bazasının hazırlanmasına, o cümlədən Aİ-nin təcrübələrini yaymaq üçün qanunvericilər və təlim təminatçıları üçün təlimlər, konfranslar və Aİ-yə üzv ölkələrə tanışlıq məqsədi daşıyan səfərlərin təşkilini dəstəkləyir.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.