Rəqəmsal bacarıqlar şəbəkəsinin tədbiri

  • Tarix: 01/12/20 – 01/12/20
  • Paylaş:

EU4Digital Proqramı dekabrın 1-də rəqəmsal bacarıqlara dair şəbəkə tədbiri təşkil edir.

Tədbirin məqsədi Şərqi tərəfdaşlıq ölkələrindəki KOM-lar və mikromüəssisələr üzrə Səlahiyyət bazasının istifadəsinə dair Təlimatların yekun variantını təsdiqləmək və gələcəkdə keçiriləcək tədbirlər daxil olmaqla EU4Digital Proqramı və Şərqi tərəfdaşlıq ölkələri tərəfindən görüləcək növbəti tədbirləri müəyyənləşdirməkdir.

Tədbirin gündəliyi aşağıdakı kimidir:

  • Təlimatların yekun variantının təqdimatı və müzakirəsi;
  • Gələcək tədbirlər, eləcə də təlimlər, tanışlıq xarakteri daşıyan səfərlər və konfranslar barədə müzakirə.

Tədbir ərzində həmçinin keçiriləcək təlimlərlə bağlı prioritetlər, o cümlədən təlimlərin, tanışlıq xarakteri səfərlərin və konfransların formatı müzakirə ediləcək. EU4Digital proqramı, Şərqi tərəfdaşlıq ölkələrindəki KOM-lar və mikromüəssisələr üçün Rəqəmsal səlahiyyət bazasının hazırlanmasına, o cümlədən Aİ-nin təcrübələrini yaymaq üçün qanunvericilər və təlim təminatçıları üçün təlimlər, konfranslar və Aİ-yə üzv ölkələrə tanışlıq məqsədi daşıyan səfərlərin təşkilini dəstəkləyir.