Rəqəmsal bacarıqlar şəbəkəsi Şərqi tərəfdaş ölkələrində rəqəmsal bacarıqlar sahəsində olan boşluqların ölçülməsini müzakirə etmək üçün onlayn islas keçirib
Tarix: 26/06/20
EU4Digital təşəbbüsünün Rəqəmsal bacarıqlar şəbəkəsi 2020-ci il iyun ayının 25-də videokonfrans formatında iclas təşkil edib. Tədbirdə rəqəmsal bacarıqlardakı boşluqların ölçülməsi və proqnozlaşdırılması üzrə ümumi metodologiyanın hazırlanması və EU4Digital proqramı tərəfindən dəstəklənən KOM-lar və mikromüəssisələr üzrə vahid səlahiyyət bazası ilə görülən işlərin nəticəsi müzakirə olunub.
Sözügedən şəbəkə dördüncü sənaye inqilabı (Industry 4.0) üzrə rəqəmsal bacarıqlar, qadınlar üçün mentorluq proqramları və rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiyaların yaradılması və idarə edilməsi kimi mövzulara dair gələcəkdə keçiriləcək təlim və konfransları müzakirə edib. İclasın məqsədi əvvəlki tədbirlərin nəticələrini əlaqələndirmək və 2020-ci ilin yay və erkən payız aylarında keçirilməsi planlaşdırılan tədbirlərin növbəti addımları barədə razılığa gəlmək olub.
Bu, sözügedən şəbəkənin bu il keçirdiyi ikinci belə virtual iclas idi. Şəbəkənin ilk seminarı aprelin 29-da keçirilib və iştirakçılar gələcəkdə keçirilməsi planlaşdırılan mühüm tədbirləri (təlimlər, konfranslar, tanışlıq xarakteri daşıyan səfərlər) rəqəmsal bacarıqlara dair təbliğat fəaliyyətləri və EU4Digital proqramının dəstəklədiyi KOM-lar və mikromüəssisələr üzrə rəqəmsal bacarıqlaın səlahiyyət bazasını müzakirə ediblər.
EU4Digital təşəbbüsünün Rəqəmsal Bacarıqlar Şəbəkəsi Şərqi tərəfdaş ölkələri arasında və Aİ ilə qabaqcıl təcrübə mübadiləsi üçün platforma rolunu oynayaraq sinerjilərin və birgə uyğunlaşdırma layihələrinin hazırlanması ilə bağlı ideyaları təşviq edir. EU4Digital proqramı, qanunvericilər və təlim təminatçıları üçün təlimlərin, konfransların və Aİ-yə üzv ölkələrə tanışlıq xarakteri daşıyan səfərlərin təşkili, KOM-lar və mikromüəssisələr üzrə rəqəmsal səlahiyyət bazasının yaradılması və rəqəmsal bacarıqlar sahəsində boşluqların ölçülməsi və proqnozlaşdırılması kimi bir sıra fəaliyyətlər vasitəsilə sözügedən şəbəkənin işinə dəstək verir.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.