Altı Şərq Tərəfdaşlığı ölkəsindən (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) birində yaşayırsınızsa, Avropa İttifaqının EU4Digital təşəbbüsünün köməyilə rəqəmsal texnologiyalar tezliklə həyatınızı dəyişəcək.
Son üç il ərzində EU4Digital proqramı regionda biznes və cəmiyyətə gözəçarpan təsir göstərəcək bir sıra fəaliyyətlərin və pilot layihələrin müəyyən edilməsi, işlənib hazırlanması və həyata keçirilməsi üçün çalışır.
EU4Digital proqramı tezliklə regionda reallığa çevriləcək layihələr haqqında ilkin tanışlıq xarakterli video rolik hazırlayıb. Rolikdə rouminq tariflərinin ucuzlaşması, elektron ticarət sahəsinin potensialını üzə çıxarmaq üçün rəqəmsal qaimə mübadiləsi, müəssisələr və vətəndaşlar üçün elektron imzalar, İKT biznesinin maliyyələşdirilməsi vasitəsilə yeni iş yerlərinin yaradılması, gələcəyin peşələri üçün rəqəmsal bacarıqların təkmilləşdirilməsi və səhiyyə sistemin yaxşılaşdırılması üçün elektron səhiyyə həlləri kimi sahələrdə müşahidə olunacaq mühüm təsirlərdən söhbət açılır.
Bu gözəçarpan təsirlərdən bəziləri EU4Digital poqramınən həyata keçirəcəyi yeni kampaniyanın diqqət mərkəzində olacaq və EU4Digital proqramının elektron kommersiya, elektron çatdırılma, etimad və təhlükəsizlik sahələrində əldə etdiyi real nəticələri vurğulayacaq.