Rəqəmsal innovasiya mərkəzlərinin fəaliyyəti haqqında onlayn tədbir keçiriləcək

  • Tarix: 20/04/21 – 20/04/21
  • Paylaş:

Aprelin 20-də şirkətlərin rəqəmsal transformasiyasının dəstəklənməsində Rəqəmsal innovasiya mərkəzlərinin (RİM-lər) imkanları mövzusunda onlayn tədbir keçiriləcək. Avropa ölkələrindən və xaricdən KOM-lar, startaplar, tədqiqat və texnologiya təşkilatları, RİM-lər və qanunvericilər tədbirə dəvəlidirlər.

Pannon Business Network və PROFACTOR GmbH tərəfindən birgə təşkil edilən “Rəqəmsal innovasiya mərkəzləri xaricdə” adlı görüş MS Teams proqramı vasitəsilə keçiriləcək. Tədbir, Aİ-nin maliyyələşdirdiyi IMPROVE! və CEUP2030 ərazi əməkdaşlıq proqramları çərçivəsində baş tutacaq.

Rəqəmsal innovasiya mərkəzləri vahid pəncərə prinsipi ilə çalışan mərkəzlər olaraq şirkətlərə biznes/istehsal proseslərində və rəqəmsal texnologiyaların istifadə edildiyi məhsul və ya xidmətlərdə daha rəqabətli olmağa kömək edir. Onlar rəqəmsal innovasiyaları sınaqdan keçirmək və pilot layihələr həyata keçirməkdə müştərilərinə dəstək olmaq üçün ən yeni bilik, təcrübə və texnologiyalardan yararlanmağa imkan yaradırlar. Rəqəmsal innovasiya mərkəzləri zəruri hallarda bu yenilikləri həyata keçirmək üçün biznes və maliyyə dəstəyi də verir. Rəqəmsal innovasiya mərkəzi, tədqiqat və texnologiya təşkilatları, universitetlər, sənaye birlikləri, ticarət palataları, inkubatorlar/akseleratorlar, inkişaf agentlikləri və hökumətlər kimi qurumları özündə birləşdirən çoxtərəfdaşlı regional tərəfdaşlıqdır.

Tədbir haqqında məlumat və qeydiyyat

Rəqəmsal innovasiyalara dəstək: Avropa İKT ekosistemləri Şərq Qonşuluğu regionunda yeni hərəkətverici qüvvəyə çevrilə bilər