CyberEast – Şərq Tərəfdaşlığı regionunda kiberdayanıqlığın artırılması üzrə kibertəhlükəsizliyə dair fəaliyyət

Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna
  • Müddəti: 2019-2022
  • Aİ töhfəsi: 7 milyon avro

Avropa Şurası tərəfindən həyata keçirilən proqram iki mühüm struktur komponent üzərində qurularaq ŞT ölkələrinin kiber hücumlara qarşı dayanıqlığının gücləndirilməsi və ədalət mühakiməsi orqanlarının işinin təkmilləşdirilməsinə töhfə verəcək. İlk növbədə, kibertəhlükəsizliyi və kiber hücümlara qarşı hazırlığı gücləndirən texniki və əməkdaşlıq mexanizmlərinin inkişafı, o cümlədən kibercinayətlərlə mübarizə üzrə səmərəli proqramın tam şəkildə icrası nəzərdə tutulub. 

Məqsədlər

Proqramın məqsədi Şərqi tərəfdaşlıq ölkələrində kiber təhdidlər problemini daha yaxşı həll etmək və həmin ölkələrin ümumi təhlükəsizliyini gücləndirmək məqsədilə onların kiber hücumlara qarşı dayanıqlığını və ədalət mühakiməsi orqanlarının potensialını artırmaq və gücləndirməkdir. 

Fəaliyyətlər

Layihədə aşağıdakı fəaliyyətlər icra edilir:

  • ŞT ölkələrində yerli səviyyədə kibertəhlükəsizliyin idarə edilməsi və qanunverici bazanın gücləndirilməsi (aşağıdakı vasitələr daxil olmaqla):
    Bacarıqların artırılması
    – Qanunvericilik bazasının yaradılmasına və ya həmin bazaya düzəlişlərin edilməsinə dəstək
    – Kiber təhdidlər və onlarla bağlı tədbirlər, insan hüquqları, məlumatların qorunması üçün təhlükəsizlik tədbirləri və nəzarət mexanizmləri üzrə təlim və mentorluq
    – Özəl sektor xidmət təminatçıları ilə əməkdaşlıq
    – İctimaiyyətin daha yaxşı məlumatlandırılması
  • ŞT ölkələrində vacib əhəmiyyət daşıyan məlumat infrastrukturunun qorunmasının gücləndirilməsi (aşağıdakı vasitələr daxil olmaqla):
    – Yerli vacib əhəmiyyət daşıyan məlumat infrastrukturuna texniki yardım
    – Vacib əhəmiyyət daşıyan məlumat infrastrukturunun qorunması üçün fəaliyyət planları və proseslərin hazırlanmasına dəstək
    – Vacib əhəmiyyət daşıyan məlumat infrastrukturunun qorunması ilə bağlı sistemlərin hazırlanmasına texniki yardım və təlim
  • ŞT ölkələrində kibertəhlükəsizlik hadisələrinin idarə olunması məqsədilə əməliyyat bacarıqlarını artırmaq (aşağıdakı vasitələr daxil olmaqla):
    – Kiber hadisələrin idarə edilməsi ilə bağlı birgə görüşlərin, nəzəri-təlim məşğələlərin və kiber hücum vəziyyətini simulyasiya etmək üçün təlim əməliyyatlarının təşkili
    – Birgə kiber əməliyyatlar və təhqiqatlar
    – Cari kiber hadisələrində qurumlararası və transmilli əməkdaşlığın dəstəklənməsi
    – Mövcud regional şəbəkələrin dəstəklənməsi və möhkəmləndirilməsi

Kibercinayətkarlıq

  • Qanunvericilik və siyasət bazası və Budapeşt Konvensiyası ilə uyğunluq (aşağıdakı vasitələr daxil olmaqla):
    Ölkə qiymətləndirmələri vasitəsilə Kibercinayətkarlıq haqqında Budapeşt Konvensiyasına uyğunluğun qiymətləndirilməsi
    – Kibercinayətkarlığa dair strategiyaların və fəaliyyət planlarının hazırlanmasına və ya yenilənməsinə töhfə
    – Kibercinayətkarlıq və kibertəhlükəsizlik meylləri və təhdidlərinə dair ölkə üzrə və regional hesabatların hazırlanması
    – Mühüm məsələləri qiymətləndirmək üçün ədalət mühakiməsi orqanları və qanunvericilərin iştirakı ilə yüksək səviyyəli regional və yerli görüşlər
  • Məhkəmə və hüquq-mühafizə orqanlarının imkanları və qurumlararası əməkdaşlığın gücləndirilməsi (aşağıdakı vasitələr daxil olmaqla):
    – Təşkilati strukturun, bacarıqların, səlahiyyətlərin və təlim ehtiyaclarının, o cümlədən qurumlararası əməkdaşlıqda müşahidə olunan boşluqlar və regionda kibercinayətkarlıqla mübarizə üzrə şöbələr üçün imkanların qiymətləndirilməsi
    – Kibercinayətkarlıqla mübarizə üzrə şöbələr üçün təlim planlarının yenilənməsi və / və ya hazırlanmasına töhfə
    – Təlim sessiyaları, təlim məşqləri və kibercinayətkarlıq təhqiqatlarına dair təlim məşqlər və rəqəmsal məhkəmə ekspertizası
    – Kibercinayətkarlıq/hadisələrə dair hesabatların hazırlanması ilə bağlı razılaşdırılmış prosedurların tərtib olunması və Kompüter Təhlükəsizliyi Hadisələrinə Cavab Qrupu (CSIRTs) və ədalət mühakiməsi orqanları arasında məlumat mübadiləsi 
  • Səmərəli beynəlxalq əməkdaşlığı və ədalət mühakiməsinə, kibercinayətkarlıq və elektron dəlillərə inamı, o cümlədən xidmət təminatçıları və hüquq-mühafizə orqanları arasında inamı artırmaq (aşağıdakı vasitələr daxil olmaqla):
    – Kibercinayətkarlıq və elektron dəlillərlə bağlı cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım tələblərinə dair təlimatların hazırlanması
    – 24/7 rejimdə çalışan koordinatorların bacarıqlarının, strukturunun və səlahiyyətlərinin təkmilləşdirilməsi üçün seminarlar, təlimlər və təlim məşqləri
    – Məlumatların saxlanılması və abunəçilər haqqında məlumatlara dair beynəlxalq tələblər ilə bağlı şablonlardan istifadəyə dair kibercinayətkarlıqla mübarizə üzrə şöbələr və prokurorlar üçün təlim sessiyaları
    – Kibercinayətkarlıq sahəsində beynəlxalq əməkdaşlıq üzrə bacarıqları inkişaf etdirən təlim məşqləri
    – Hüquq-mühafizə və ədalət mühakiməsi orqanları arasında əməkdaşlıq sazişlərinin bağlanmasına dəstək
    – Standart şablonların və özəl sektor subyektlərinə aid məlumatların əldə edilməsi prosedurlarının hazırlanmasına dair seminarlar
    – Dövlət və özəl sektor arasında əməkdaşlığa dair dialoqlara dəstək 

Uğur hekayələri

Ticarət üçün klikləyin: EU4Digital e-kommersiya qurmaq üçün Azərbaycana kömək edir

Elektron ticarət (e-kommersiya) malların sərhədlərarası mübadiləsini asanlaşdıraraq, mövcud məhsul çeşidini artırmaqla və sadələşdirilmiş nə…

Azərbaycan | 19/10/21

Hamısına bax