EaPConnect (2020-2025 – 10 milyon avro) layihəsinin məqsədi, Aİ və Şərqi tərəfdaşlıq ölkələrindən olan tədqiqat və təhsil icmalarını bir araya gətirmək və rəqəmsal texnologiyalar sahəsində qeyri-bərabərliyi azaltmaqdır. Layihə çərçivəsində ölkələr arasında elmi-tədqiqat sahəsində mübadilənin miqyasını artırmaq üçün şəbəkə infrastrukturu genişləndiriləcək, elmi-tədqiqat sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək üçün yeni xidmətlər təklif etməklə yerli tədqiqat və təhsil şəbəkələrinin (MTTŞ-lar) fəaliyyəti artırılacaq, müxtəlif tədbirlər, təlimlər və digər təşəbbüslər vasitəsilə lazımi bilik və bacarıqlar toplanmaqla iş birliyinə nail olunacaq.
Layihənin cari mərhələsi, ilk EaPConnect proqramının (2015-2020 – 13 milyon avro) nailiyyətlərinə əsaslanır.
Məqsədlər
Tədqiqat və təhsil üzrə şəbəkə infrastrukturunu və xidmətləri, eləcə də rəqəmsal texnologiyalar sahəsində qeyri-bərabərsizliyi azaltmaqla onların ŞT ölkələri daxilində genişləndirilməsi.
Layihə başa çatdıqdan sonra milli tədqiqat və təhsil ekosistemlərini və rəqəmsallaşdırma üzrə proqramları dəstəkləməyə davam etmək üçün beynəlxalq şəbəkə bağlantısının və milli tədqiqat və təhsil icmaları şəbəkələrinin dayanıqlığının artırılması.
Digər Avropa infrastrukturları və təşəbbüsləri ilə əlaqələrin qurulması.
ŞT ölkələrindən olan tədqiqatçıların və təhsil işçilərinin Avropa təşəbbüsləri və layihələrində, eləcə də Avropadakı digər tədqiqat və təhsil icmalarında iştirak etmələri üçün beynəlxalq əməkdaşlıqlardakı iştirakının dəstəklənməsi.
Fəaliyyətlər
Tədqiqat və təhsil üçün ayrılmış yüksək ötürmə qabiliyyətinə malik şəbəkə infrastrukturunun əldə olunması və təmin olunması və onun ümumavropa GEANT şəbəkəsi ilə düzgün inteqrasiyasının təmin olunması.
Tədqiqat və təhsil icmalarının resurslara çıxış imkanı və birlikdə işləmələri üçün onların ehtiyaclarını qarşılayacaq GEANT şəbəkəsinin üstün xüsusiyyətlərindən yararlanmaq və digər xidmətlərin təmin edilməsi.
Benefisiar tərəfdaşların davamlılığını və onların layihə hədəflərinə çatmaq bacarıqlarını dəstəkləyən bilik və münasibətləri inkişaf etdirmək üçün təlimlərə, seminarlara və mentorluq proqramlarına çıxış imkanın təmin edilməsi.
Layihənin, tərəfdaşların, müxtəlif maraqlı tərəflər arasındakı nailiyyətlərin və üstünlüklərin daha böyük kütləyə çatdırılması, o cümlədən məlumat mübadiləsi və insanlar arasında əlaqələrin qurulması üçün konfransların, istifadəçi icmaları ilə görüşlərin və digər tədbirlərin təşkili.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.