
Əsas səhifə / EU4Digital haqqında / Layihələr / EU4Digital layihələri / EU4Digital proqramının I mərhələsi haqqında ətraflı məlumat
EU4Digital proqramının I mərhələsi haqqında ətraflı məlumat
Ölkələr: Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna
- Müddəti: 2019-2022
- Aİ töhfəsi: €11 milyon
EU4Digital proqramının ilk mərhələsi 2019-cu ildə icra olunmağa başlayıb və 2022-ci ilin əvvəlinə qədər davam edib. Proqramın məqsədi, altı sahəni əhatə edən EU4Digital şəbəkələri ilə əməkdaşlıq çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinin rəqəmsal transformasiyasına dəstək verməkdir: Telekommunikasiya qaydaları, Elektron ticarət, Etimad və təhlükəsizlik, İKT və innovasiyalar, Elektron səhiyyə və Rəqəmsal bacarıqlar.
Məqsədlər
EU4Digital proqramının I mərhələsinin (2019-2022-ci illəri əhatə edib) ümumilikdə məqsədi ŞT tərəfdaş ölkələri arasında və Aİ ilə rəqəmsal bazarların uyğunlaşdırılması daxil olmaqla, vətəndaşlara, dövlət idarələrinə və sahibkarlıq müəssisələrinə ümumavropa elektron xidmətlərinin təmin edilməsində müşahidə olunan mövcud əngəl və maneələri aradan qaldırmaq olmuşdur.
Həyata keçirilən fəaliyyətlər
EU4Digital proqramının I mərhələsində aşağıda təqdim olunduğu kimi altı əsas siyasət sahəsi diqqət mərkəzində olmuşdur.
Telekommunikasiya qaydaları
EU4Digital proqramının I mərhələsi altı Şərq Tərəfdaşlığı ölkəsi və Aİ-yə üzv dövlətlər arasında vahid rouminq məkanının yaradılmasına, Milli tənzimləyici orqanların müstəqilliyinin gücləndirilməsinə və 5G daxil olmaqla, gələcəkdə mobil rabitə sahəsində tezlik diapazonunun paylanmasına yönəlmiş səyləri dəstəkləyib. Fəaliyyətlərə aşağıdakılar daxil olub:
- ŞT regionunda rouminq qiymətlərinə dair vahid yanaşmanın hazırlanması və icrası dəstəklənib;
- Elektron rabitə üzrə milli tənzimləyici orqanların təşkilati və maliyyə cəhətdən müstəqilliyinin gücləndirilməsi dəstəklənib və tərəfdaşlarla birgə Elektron kommunikasiyalara dair nümunə qanun dərc olunub;
- Altı Şərq Tərəfdaşlığı ölkəsində 5G texnologiyasının tətbiqi üçün lazım olan 700 MHz tezliyinin istifadəyə verilməsi üçün əlaqələndirilmiş yanaşma prosesi dəstəklənib;
- Şərq Tərəfdaşlığı ölkələri və Aİ-yə üzv ölkələr arasında rouminq tariflərinin əhəmiyyətli dərəcədə azaldılması üçün vahid beynəlxalq rouminq məkanının yaradılmasının mümkünlüyünü tədqiq edən ŞT və Aİ arasında rouminq məkanına dair tədqiqat həyata keçirilib və dərc edilib.
EU4Digital proqramının Telekommunikasiya qaydaları şəbəkəsinin resursları, Telekommunikasiya qaydaları şəbəkəsinin xəbərləri və Telekommunikasiya qaydaları şəbəkəsinin uğur hekayələri ilə tanış olun.
Etimad və təhlükəsizlik
EU4Digital Şərq Tərəfdaşlığı regionunda qarşılıqlı fəaliyyət göstərən transsərhəd elektron xidmətlər üçün mühüm komponentlər hesab edilən rəqəmsal iqtisadiyyat sahəsində etimad xidmətlərinin inkişafını və son dərəcə mühüm əhəmiyyət daşıyan infrastrukturun dayanıqlığının təkmilləşdirilməsi üçün kibertəhlükəsizliyi dəstəkləyib. Fəaliyyətlərə aşağıdakılar daxil olub:
- Şərq Tərəfdaşlığı regionunda elektron identifikasiyanın qarşılıqlı tanınmasına dair regional yol xəritəsi və milli fəaliyyət planları hazırlanıb;
- Regionda bir-birini qarşılıqlı əvəz edən transsərhəd eSignature pilot həllinin tətbiqi tamamlanıb;
- Transsərhəd elektron xidmətlərin qarşılıqlı fəaliyyəti üzrə regional təlimatlar hazırlanıb;
- ŞT regionu üzrə kibertəhlükəsizliyə dair ümumi təlimatlar hazırlanıb;
- Konkret ölkələr üzrə tövsiyələr hazırlanıb və elektron dövlət idarəçiliyi üzrə məsləhətləşmələr keçirilib.
EU4Digital proqramının Elektron etimad şəbəkəsinin resursları, Elektron etimad şəbəkəsinin xəbərləri və Elektron etimad şəbəkəsinin uğur hekayələri ilə tanış olun.
Elektron ticarət
Proqramda elektron ticarət, elektron gömrük və elektron logistika üzrə vahid bazaların təşviqi və Rəqəmsal Nəqliyyat Dəhlizləri istiqamətində çalışmaqla Şərq Tərəfdaşlığı ölkələri arasında və Aİ ilə ticarətin asanlaşdırılmasına və uyğunlaşdırılmasına dəstək verilib. Fəaliyyətlərə aşağıdakılar daxil olub:
- Şərq Tərəfdaşlığı ölkələri arasında və Aİ ilə transsərhəd elektron ticarət komponentlərinə dair pilot layihə həyata keçirilib;
- Transsərhəd gömrük idarələri arasında məlumat mübadiləsi üzrə pilot layihə həyata keçirilib;
- Baltik və Qara dənizləri arasında multimodal Rəqəmsal nəqliyyat dəhlizi üzrə pilot layihənin icrasına hazırlıq tədbirləri yekunlaşıb;
- Şərq Tərəfdaşlığı ölkələri arasında və Aİ ilə transsərhəd elektron ticarət alətləri üzrə pilot layihə həyata keçirilib;
- Regionda elektron ticarət üzrə maraqlı tərəflər arasında şəbəkələrin qurulması təşviq edilib.
EU4Digital proqramının Elektron ticarət şəbəkəsinin resursları, Elektron ticarət şəbəkəsinin xəbərləri və Elektron ticarət şəbəkəsinin uğur hekayələri ilə tanış olun.
İKT-nin innovativ inkişafı
EU4Digital, Aİ-nin təcrübəsinə və qabaqcıl təcrübələrə əsaslanaraq Şərq Tərəfdaşlığı regionu boyunca İKT sahəsində startapların və innovasiya ekosistemlərinin inkişafına yönəlmiş islahatları və fəaliyyətləri dəstəkləyib. Fəaliyyətlərə aşağıdakılar daxil olub:
- İKT innovasiyalar ekosistemini gücləndirmək üçün siyasət tövsiyələri və fəaliyyət planları hazılanıb;
- Rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən startaplar və böyüməkdə olan şirkətlərin maliyyələşdirilməsində mövcud boşluqlar və imkanlar təhlil edilib və maliyyə mənbələrinə çıxışda ŞT bazarının fəaliyyət göstəricilərinə dair qiymətləndirmə həyata keçirilib.
- İKT startap ekosisteminin qurulmasına və ekosistemin və maraqlı tərəflərin potensialının artırılmasına dair bələdçilər hazırlanıb;
- KOB-lara və vətəndaşlara rəqəmsal bacarıqların inkişafı sahəsində fərdi dəstək verən regional EdTech Hub təhsil proqramının konsepsiyası hazırlanıb;
- Women Go Tech mentorluq proqramının tematik araşdırmasına əsasən “İKT sektorunda gender bərabərsizliyini aradan qaldırmaq üçün mentorluq proqramlarının hazırlanması” adlı bələdçi hazırlanıb;
- İnnovasiya ekosistemi iştirakçıları arasında şəbəkələrin qurulması dəstəklənib;
- Şərq Tərəfdaşlığı startaplar ekosistemi platforması yaradılıb.
EU4Digital proqramının İKT və innovasiyalar şəbəkəsinin resursları, İKT və innovasiyalar şəbəkəsinin xəbərləri və İKT və innovasiyalar şəbəkəsinin uğur hekayələri ilə tanış olun.
Elektron səhiyyə
Proqram həm Şərq Tərəfdaşlığı ölkələri arasında, həmçinin Aİ ilə elektron səhiyyə sahəsində uyğunlaşdırılmış regional bazanın yaradılmasını dəstəkləyib və ŞT regionunda transsərhəd elektron səhiyyə sahəsində əməkdaşlıq platformasını istifadəyə verib. Fəaliyyətlərə aşağıdakılar daxil olub:
- ŞT regionu üzrə elektron səhiyyə sahəsində uyğunlaşdırma prosesinə dair təlimatlar və standartlar hazırlanıb;
- ŞT regionunda transsərhəd elektron səhiyyəyə dair əməkdaşlıq platforması istifadəyə verilib;
- Region müvafiq Aİ layihələrinə, proqramlarına və təşəbbüslərinə cəlb edilib.
EU4Digital proqramının Elektron səhiyyə şəbəkəsinin resursları, Elektron səhiyyə şəbəkəsinin xəbərləri və Elektron səhiyyə şəbəkəsinin uğur hekayələri ilə tanış olun.
Elektron bacarıqlar
EU4Digital Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal bacarıqlara dair strategiyaların icrasını dəstəkləyib və rəqəmsal sahədə iş yerləri üzrə milli koalisiyaların və kiçik müəssisələr üzrə səlahiyyət bazasının yaradılmasına şərait yaradıb. Fəaliyyətlərə aşağıdakılar daxil olub:
- Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal bacarıqlardakı milli boşluqların ölçülməsi və proqnozlaşdırılması üzrə ümumi metodologiya müəyyən edilib;
- KOM-lar və mikromüəssisələr üzrə ümumi səlahiyyət bazası müəyyən edilib;
- Bacarıqlar və peşələr üzrə milli koalisiyaların yaradılması və onların fəaliyyətlərinə dair bələdçlərin hazırlanması dəstəklənib;
- Təlim, seminar və tanışlıq xarakteri daşıyan səfərlər həyata keçirilib;
- Tərəfdaş ölkələrdə təşviqat kampaniyaları həyata keçirilib.
EU4Digital proqramının Elektron bacarıqlar şəbəkəsinin resursları, Elektron bacarıqlar şəbəkəsinin xəbərləri və Elektron bacarıqlar şəbəkəsinin uğur hekayələri ilə tanış olun.
Əlaqədar xəbərlər
17/09/2023
Yeni Twitter hesabı vasitəsilə EU4Digital ilə müzakirələrə siz də qoşulun
Yay tətilinin bitməsinə az qalıb və Şərq Tərəfdaşlığında rəqəmsallaşdırma sahəsindəki fəaliyyətlərə rəhbərlik…
Daha çox oxu08/09/2023
EU4Digital Aİ və ŞT-də elektron kommersiya sahəsinə dair hesabat hazırlayıb
EU4Digital proqramı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində elektron kommersiya sahəsi üzrə Aİ-nin əsas parametrlər…
Daha çox oxu06/09/2023
Qaçırmayın! EU4Digital Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya mövzusunda tədbirlər təşkil edəcək
Rəqəmsal texnologiyalar sahəsindəki yeniliklər, gələcək layihələr və Şərq Tərəfdaşlığı üzrə siyasət proqramı h…
Daha çox oxu20/08/2023
EU4Digital proqramının təşkil etdiyi tədbirlərdə innovasiyaların və startapların təşviqi üzrə prioritetlər müəyyən edilib
Şərq Tərəfdaşlığı (ŞT) regionunda innovasiyalar və startap inkubatorları ekosisteminin səmərəliliyini artırmaq…
Daha çox oxu

17/09/2023
Yeni Twitter hesabı vasitəsilə EU4Digital ilə müzakirələrə siz də qoşulun
Yay tətilinin bitməsinə az qalıb və Şərq Tərəfdaşlığında rəqəmsallaşdırma sahəsindəki fəaliyyətlərə rəhbərlik…
Daha çox oxu
08/09/2023
EU4Digital Aİ və ŞT-də elektron kommersiya sahəsinə dair hesabat hazırlayıb
EU4Digital proqramı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində elektron kommersiya sahəsi üzrə Aİ-nin əsas parametrlər…
Daha çox oxu
06/09/2023
Qaçırmayın! EU4Digital Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya mövzusunda tədbirlər təşkil edəcək
Rəqəmsal texnologiyalar sahəsindəki yeniliklər, gələcək layihələr və Şərq Tərəfdaşlığı üzrə siyasət proqramı h…
Daha çox oxu
20/08/2023
EU4Digital proqramının təşkil etdiyi tədbirlərdə innovasiyaların və startapların təşviqi üzrə prioritetlər müəyyən edilib
Şərq Tərəfdaşlığı (ŞT) regionunda innovasiyalar və startap inkubatorları ekosisteminin səmərəliliyini artırmaq…
Daha çox oxu