EU4Digital: Cybersecurity East

Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna
  • Müddəti: 2019-2022
  • Aİ töhfəsi: 3,121,600 avro

Layihədə Şərqi tərəfdaşlıq ölkələri arasında fərqli inkişaf səviyyələri nəzərə alınaraq bütün Şərqi tərəfdaşlıq ölkələrinin Aİ-nin kibertəhlükəsizliyə dair əsas prinsiplərinə daha da yaxınlaşdırmaq nəzərdə tutulub.

Məqsədlər

Layihənin məqsədi, kibertəhlükəsizliyi və kiberhücumlara qarşı hazırlığı Aİ-nin standartlarına uyğun şəkildə artıran texniki və əməkdaşlıq mexanizmlərinin hazırlanmasıdır.

Fəaliyyətlər

Layihədə aşağıdakı fəaliyyətlər icra edilir:

Kibertəhlükəsizlik

  • ŞT ölkələrində yerli səviyyədə kibertəhlükəsizliyin idarə edilməsi və qanunverici bazanın gücləndirilməsi (aşağıdakı vasitələr daxil olmaqla):
    – Qanunvericilik bazasının yaradılmasına və ya ona düzəlişlərin edilməsinə dəstək
    – Kiber təhdidlər və onlarla bağlı tədbirlər, insan hüquqları, məlumatların qorunması üçün təhlükəsizlik tədbirləri və nəzarət mexanizmləri üzrə təlim və mentorluq
    – Özəl sektor xidmət təminatçıları ilə əməkdaşlıq
    – İctimaiyyətin daha yaxşı məlumatlandırılması
  • ŞT ölkələrində vacib əhəmiyyət daşıyan məlumat infrastrukturunun qorunmasının gücləndirilməsi (aşağıdakı vasitələr daxil olmaqla):
    – Yerli vacib əhəmiyyət daşıyan məlumat infrastrukturuna texniki yardım
    – Vacib əhəmiyyət daşıyan məlumat infrastrukturunun qorunması üçün fəaliyyət planları və proseslərin hazırlanmasına dəstək
    – Vacib əhəmiyyət daşıyan məlumat infrastrukturunun qorunması ilə bağlı sistemlərin hazırlanmasına texniki yardım və təlim 
  • ŞT ölkələrində kibertəhlükəsizlik hadisələrinin idarə olunması məqsədilə əməliyyat bacarıqlarını artırmaq (aşağıdakı vasitələr daxil olmaqla):
    – Kiber hadisələrin idarə edilməsi ilə bağlı birgə görüşlərin, nəzəri-təlim məşğələlərin və kiber hücum vəziyyətini simulyasiya etmək üçün təlim əməliyyatlarının təşkili
    – Birgə kiber əməliyyatlar və təhqiqatlar
    – Cari kiber hadisələrində qurumlararası və transmilli əməkdaşlığın dəstəklənməsi
    – Mövcud regional şəbəkələrin dəstəklənməsi və möhkəmləndirilməsi 

Uğur hekayələri

Ticarət üçün klikləyin: EU4Digital e-kommersiya qurmaq üçün Azərbaycana kömək edir

Elektron ticarət (e-kommersiya) malların sərhədlərarası mübadiləsini asanlaşdıraraq, mövcud məhsul çeşidini artırmaqla və sadələşdirilmiş nə…

Azərbaycan | 19/10/21

Hamısına bax