EU4Digital proqramı

Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna
  • Müddəti: 2019-2022
  • Aİ töhfəsi: €11 milyon

Proqramın məqsədi Avropa İttifaqının Vahid Rəqəmsal Bazarını Şərqi Tərəfdaş dövlətlərə qədər genişləndirmək, o cümlədən rouminq tariflərinin azaldılması, iqtisadiyyatların gücləndirilməsi və elektron xidmətlərin genişləndirilməsi üçün yüksək sürətli genişzolaqlı rabitənin inkişafı, logistika sahəsindən tutmuş səhiyyəyə qədər cəmiyyətin müxtəlif sahələrində rəqəmsallaşdırma proseslərinin uyğunlaşdırılması, kibertəhlükəsizliyin təmini, bacarıqların inkişafı və rəqəmsal sənaye sahəsində yeni iş yerlərinin yaradılmasında həmin ölkələrə dəstək verməkdir.

Məqsədlər

Proqram ümumilikdə ŞT tərəfdaş ölkələri arasında və Aİ ilə rəqəmsal mühitlərin uyğunlaşdırılması daxil olmaqla, vətəndaşlara, dövlət idarələrinə və müəssisələrə ümumavropa elektron hökumət və elektron biznes xidmətlərinin təmin edilməsində müşahidə olunan mövcud əngəl və maneələri aradan qaldırmaq məqsədi daşıyır.

Fəaliyyətlər

Proqramın dəstəyi siyasətə dair altı əsas sahəyə yönəlmişdir:

Telekommunikasiya qaydaları

Proqram çərçivəsində 2020-ci ilə qədər ŞT ölkələri arasında vahid rouminq məkanının əldə olunması, Milli tənzimləyici orqanların müstəqilliyinin artırılması və tezlik bölgüsü üzrə əlaqələndirilmiş strategiyaların hazırlanması istiqamətində səylərə dəstək vermək nəzərdə tutulub. Fəaliyyətlərə aşağıdakılar daxildir:

  • ŞT regionunda rouminq qiymətlərinə dair vahid yanaşmanın hazırlanması və icrası;
  • Elektron rabitə üzrə milli tənzimləyici orqanların təşkilati və maliyyə cəhətdən müstəqilliyinin gücləndirilməsi;
  • 6 ŞT tərəfdaş ölkəsində 700 MHz tezliyinin istifadəyə verilməsi üçün əlaqələndirilmiş yanaşma prosesinə dəstək.

Etimad və təhlükəsizlik

EU4Digital Şərq Tərəfdaşlığı regionunda bir-birini qarşılıqlı əvəz edən transsərhəd elektron xidmətlər üçün mühüm komponentlər hesab edilən rəqəmsal iqtisadiyyat sahəsində etimad xidmətlərinin inkişafına və vacib əhəmiyyət daşıyan infrastrukturun təkmilləşdirilməsi üçün kibertəhlükəsizliyə dəstək verir. Fəaliyyətlərə aşağıdakılar daxildir:

  • ŞT regionunda elektron identifikasiyanın qarşılıqlı tanınmasına dair regional yol xəritəsi və milli fəaliyyət planlarını hazırlamaq və həyata keçirmək;
  • Regionda bir-birini qarşılıqlı əvəz edən transsərhəd elektron imzanın pilot formatında tətbiqi;
  • Transsərhəd elektron xidmətlərə dair regional bazanın hazırlanması
  • ŞT regionu üzrə kibertəhlükəsizlik ilə əlaqədar standart təlimatlar toplusunun hazırlanması.

Elektron ticarət

Proqramda elektron ticarət, elektron gömrükelektron logistika üzrə vahid bazaların təşviqi və Rəqəmsal Nəqliyyat Dəhlizləri istiqamətində çalışmaqla Şərqi Tərəfdaş ölkələr arasında və Aİ ilə ticarətin asanlaşdırılmasına və uyğunlaşdırılmasına dəstək vermək nəzərdə tutulub. Fəaliyyətlərə aşağıdakılar daxildir:

  • Şərqi Tərəfdaş ölkələr arasında və Aİ-yə Üzv Dövlətlər ilə transsərhəd elektron ticarət komponentlərinin pilot formatında tətbiqi;
  • Regionda elektron ticarət üzrə maraqlı tərəflər arasında şəbəkələrin qurulmasının təşviqi;
  • Şərqi Tərəfdaş ölkələr arasında və Aİ ilə transsərhəd elektron ticarət təminatçılarının pilot formatında tətbiqi;
  • Transsərhəd gömrük idarələri arasında məlumat mübadiləsi üzrə mexanizmlərin pilot formatında tətbiqi;
  • Baltik və Qara dəniz arasında Rəqəmsal multi-modal (dəniz və quru) nəqliyyat dəhlizi pilot layihəsi üzərində iş.

İKT-nin innovativ inkişafı

EU4Digital, Aİ-nin təcrübəsinə və qabaqcıl təcrübələrə əsaslanaraq Şərq Tərəfdaşlığı regionu boyunca İKT sahəsində tədqiqatların, startapların və innovasiya ekosistemlərinin inkişafına yönəlmiş islahatları və fəaliyyətləri dəstəkləyir. Fəaliyyətlərə aşağıdakılar daxildir:

  • ŞT regionunda İKT-nin innovativ inkişafına dair vahid qanunvericilik bazasının yaradılmasına dəstək;
  • Qanunvericilərə, İKT sahəsində fəaliyyət göstərən təşkilatlara və müəssisələrə yönəlmiş vahid təlim paketinin hazırlanması;
  • İnnovasiya ekosistemi iştirakçıları arasında şəbəkələrin qurulmasına dəstək;
  • 6 tərəfdaş ölkənin hamısını əhatə etmək üçün “Startap Avropa”-nın şəbəkələrinin və platformalarının genişləndirilməsi;
  • Promo kampaniyaların həyata keçirilməsi.

Elektron səhiyyə

Proqramda həm ŞT ölkələri arasında, həm də Aİ ilə elektron səhiyyə sahəsinə dair uyğunlaşdırılmış milli bazanınhazırlanmasına dəstək nəzərdə tutulub. Fəaliyyətlərə aşağıdakılar daxildir:

  • ŞT regionu üzrə elektron səhiyyə sahəsində uyğunlaşdırma prosesinə dair təlimatlar və standartların hazırlanması;
  • ŞT regionunda elektron səhiyyəyə dair platformanın yaradılması;
  • Regionun müvafiq Aİ layihələrinə, proqramlarına və təşəbbüslərinə cəlb edilməsi

Elektron bacarıqlar

EU4Digital Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal bacarıqlara dair strategiyaların icrasını dəstəkləyir və rəqəmsal sahədə iş yerləri üzrə milli koalisiyaların və kiçik müəssisələr üzrə səlahiyyət bazasının yaradılması istiqamətində fəaliyyət göstərir. Fəaliyyətlərə aşağıdakılar daxildir:

  • Rəqəmsal bacarıqlar sahəsində milli boşluqlarının ölçülməsi və proqnozlaşdırılması üzrə metodologiyanın müəyyənləşdirilməsi;
  • KOM-lar və mikro müəssisələr üzrə vahid səlahiyyət bazasının müəyyənləşdirilməsi;
  • Bacarıqlar və iş yerləri üzrə milli koalisiyaların yaradılması;
  • Təlim və seminarların keçirilməsi;
  • Tərəfdaş ölkələrdə promo kampaniyaların həyata keçirilməsi.

Uğur hekayələri

Ticarət üçün klikləyin: EU4Digital e-kommersiya qurmaq üçün Azərbaycana kömək edir

Elektron ticarət (e-kommersiya) malların sərhədlərarası mübadiləsini asanlaşdıraraq, mövcud məhsul çeşidini artırmaqla və sadələşdirilmiş nə…

Azərbaycan | 19/10/21

Hamısına bax