1. Hamıya məlumdur ki, elektron bacarıqlar müasir həyatımızın ayrıılmaz hissəsinə çevrilib. Şərq Tərəfdaşlığı regionu bu sahədə Avropa İttifaqı ölkələrindən nə qədər geridədir?
İKT-nin imkanlarının tam şəkildə istifadəsində ən böyük maneə rəqəmsal bacarıqların çatışmazlığıdır. Rəqəmsal bacarıqlar, vətəndaşların rəqəmsal cəmiyyətdə fəallığını stimullaşdırmaqla və yeni texnologiyaların tətbiqi ilə iqtisadiyyatın inkişafına dəstək verməklə istənilən rəqəmsal transormasiyanın uğur qazanmasında əsas katalizator rolunu oynayır. Rəqəmsal bacarıqlara tələbat artdıqca, əksər hallarda təminat tələbat ilə ayaqlaşmır.
2018-ci il üzrə peşələrin gələcəyinə dair hesabata əsasən bütün sənayelərdə şirkətlərin böyük əksəriyyəti yeni texnologiyaların müvəffəqiyyətlə tətbiqində işçi qüvvəsinin keyfiyyətindəki boşluqları əsas maneələrindən biri hesab edirlər.Bu hesabata əsaslansaq, Şərqi Avropa və Mərkəzi Asiyada işçi qüvvəsinin yarıdan çoxunun təkrar ixtisaslaşması tələb olunur.
2. Açıq-aydın görünür ki, irəlidə hələ çox iş görülməlidir: EU4Digital təşəbbüsü Avropa ölkələri ilə tərəfdaş ölkələr arasında adı çəkilən sahədə mövcud olan uyğunsuzluqları aradan qaldırmağa necə yardım edir?
Rəqəmsal bacarıqlar sahəsində uyğunsuzluqları aradan qaldırmaq məqsədilə ilk növbədə qiymətləndirmə tələb olunur. Bunun üçün maarifləndirilmə işi gücləndirilməli və rəqəmsal bacarıq və iş yerlərinin təşviqi üçün səylər əlaqələndirilməlidir. 2014-cü ildən etibarən rəqəmsal iqtisadiyyat və cəmiyyətə doğru irəliləyişlər Aİ-yə üzv dövlətlərin hamısında Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksinə (DESI) və Rəqəmsal bacarıqlar indeksinə (DSI) əsasən ölçülür. Lakin 2015-ci ildə həyata keçirilən Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal bazarların uyğunlaşdırılmasına dair tədqiqatda Şərq Qonşuluğu regionunda rəqəmsal bazarların Aİ-nin Vahid rəqəmsal bazarına uyğunluğu və inteqrasiyası qiymətləndirilib, o cümlədən region boyunca rəqəmsal bacarıqlar sahəsində uyğunsuzluqların sistematik qaydada ölçülmədiyi aşkar edilmişdir.
EU4Digital proqramı Aİ-nin Şərq Qonşuluğu regionu üzrə təcrübəsinə uyğun vahid metodologiyanın hazırlanması vasitəsilə rəqəmsal bacarıqların ölçülməsini dəstəkləməyi planlaşdırır.
Rəqəmsal bacarıqlar ilə əlaqədar təşəbbüslərin əlaqələndirilməsi, maarifləndirmə işinin gücləndirilməsi, qabaqcıl təcrübələrin qəbul edilməsi və bölüşdürülməsi üçün Şərqi tərəfdaş ölkələrində rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiyalar qurulmalı və region Avropa Böyük Rəqəmsal İşlər Koalisiyasına inteqrasiya edilməlidir. Hal-hazırda üç tərəfdaş ölkə - Ermənistanda (2017-ci ildə), Ukraynada (2019-cu ildə) və Azərbaycanda (2020-ci ildə) milli koalisiyalar yaradılıb və Moldova və Gürcüstanda isə bu istiqamətdə müvafiq işlər görülməkdədir.
EU4Digital proqramı, Şərqi tərəfdaş ölkələrində milli koalisiyaların yaradılmasını dəstəkləyir.
Nəhayət, mikromüəssisələr və KOM-ların işçi qüvvəsi arasında rəqəmsal bacarıqların inkişafı həyati-vacib əhəmiyyət daşıyır. KOM-lar regionda iqtisadiyyatın inkişafına təsir göstərən mühüm amillərdəndir, çünki özəl sektorda məşğulluğun cəmi 57%-ni təşkil etmələrinə rəğmən şirkətlərin 99%-i onların payına düşür. Müqayisə üçün qeyd edək ki, Aİ-də KOM-lar məşğulluğun əhəmiyyətli hissəsini (yeni işlərin 85%-i KOM-lar tərəfindən yaradılır) təşkil edir. Onların tam potensialını maneəsiz şəkildə ortaya çıxarmaq üçün böyük məlumatların təhlili və alətləri, bulud əsaslı kompüter texnologiyası və vizualizasiya, mobil tətbiqlərin dizaynı və hazırlanması, veb-tərtibat və alətləri, İT arxitektura və təhlükəsizlik bacarıqları kimi Şərqi tərəfdaş ölkələrində olan sahibkar və sürətlə böyüyən KOM-lara çoxsaylı rəqəmsal səriştə tələb olunacaq.
EU4Digital proqramı, Aİ-nin Rəqəmsal səlahiyyət bazalarına əsaslanaraq Şərqi Qonşuluq regionunda KOM-lar və mikromüəssisələr üçün vahid rəqəmsal bacarıqların səlahiyyət bazasının yaradılması ilə KOM-ların rəqəmsal bacarıqlarının təkmilləşdirilməsinə dəstək verməyi planlaşdırır.
3. Bunların hamısı olduqca faydalı qiymətləndirmə mexanizmləridir, amma onlar yerlərdə mövcud olan çatışmazlıqları aradan qaldırmağa necə kömək edəcək?
EU4Digital proqramı, rəqəmsal bacarıqlardakı boşluqları ölçmək və müqayisə etmək üçün ümumi metodologiya hazırlayıb. Bu da dəlillərə əsaslanaraq, müəyyən problem sahələrində fəaliyyətlərin hədəflənməsinə və rəqəmsal bacarıqlar və strateji hədəflər sahəsindəki fəaliyyətlərin təsirini ölçməyə imkan verir.
Məlumatların əldə edilməsi Şərqi tərəfdaş ölkələrində rəqəmsal bacarıqlara dair strategiyaların hazırlanmasında və onların Avropa səviyyəli strategiyalarla uyğunlaşdırılmasında mühüm rol oynayır. Elektron bacarıqlar ilə əlaqədar fəaliyyətin bir hissəsi, Şərqi tərəfdaş ölkələrində rəqəmsal bacarıqlarda uyğunsuzluqların ölçülməsi üçün hər hansı bir ölkənin mənşəyini nəzərə alaraq müvafiq metodologiya uyğunlaşdıraraq dəqiq və qısa bir metodologiyanın hazırlanmasına yönəlmişdir.
Bacarıqların ölçülməsinə uyğunlaşdırılmış rəqəmsal yanaşma, çıxış yolunun tapılması və regional və milli təşəbbüslərin təsirinin qiymətləndirilməsinə, eləcə də bacarıqların çatışmazlığını, boşluqları və uyğunsuzluqları müəyyənləşdirməyə imkan verir. Uyğunlaşdırılmış məlumatların ölçülməsi, həm də Şərqi tərəfdaş ölkələri arasında rəqəmsal bacarıqların inkişafındakı fərdi irəliləyişləri qiymətləndirməyə və Aİ ölkələri ilə müqayisə etməyə imkan verir.
Şərqi tərəfdaş ölkələrində rəqəmsal bacarıqlardakı milli boşluqların ölçülməsi və proqnozlaşdırılması üzrə ümumi metodologiyanın hazırlanması aşağıdakılara imkan verəcək:
- Milli səviyyədə mövcud olan inkişafa dair strategiyaların Aİ təcrübəsinə uyğun olaraq ölçülmüş konkret məlumatlara uyğunlaşdırılması, xüsusi problem sahələrini və tələb və təklifdəki uyğunsuzluqları müəyyən etməyə kömək edəcək;
- Şərqi tərəfdaş ölkələri ilə Aİ arasında müqayisə aparmağa imkan verən və rəqəmsal bacarıqlarla əlaqəli problemlərin birgə həlli yollarını tapmağa imkan verən rəqəmsal bacarıqlarla əlaqəli məlumatların toplanmasına ümumi yanaşma;
- Sistemli və müntəzəm ölçmələr rəqəmsal bacarıqlar ilə əlaqədar əmək bazarının gələcək ehtiyaclarını proqnozlaşdırmağa əsas verir.
4. Vahid səlahiyyət bazası mücərrəd anlayış kimi səslənir… Ümumiyyətlə onun mənası nədir, EU4Digital bu sahədə necə kömək edir və hansı dəyişikliklər gözlənilir?
Rəqəmsal səlahiyyətlər bütün sənaye sahələrində və sektorlarda getdikcə daha çox rol oynamağa başlayır, çünki İKT və qeyri-İKT bacarıqları tələb edən vəzifələr arasındakı fərq getdikcə yox olmaq üzrədir. KOM-lar və mikromüəssisələrdə çalışan peşəkarlar işlə əlaqədar bir çox vəzifələr və/və ya sektorlararası (hibrid) vəzifələr, o cümlədən müxtəlif rəqəmsal səlahiyyətlər tələb edən vəzifələr icra edirlər.
Səlahiyyət bazası karyera və tədris yollarının, işgüzar vəzifələrin, təlim ehtiyaclarının və nəticələrin ortaq səlahiyyət bazası vasitəsi ilə təyin etməyə dəstək verir. Bu baza, ölçüsündən və fəaliyyət sahəsindən asılı olmayaraq regionda mövcud olan istənilən KOM üçün aydın bələdçi rolunu oynayacaq və adı çəkilən müəssisələrə lazımi rəqəmsal bacarıqları olan işçilərin tapılmasında, hazırlanmasında və işə götürülməsində kömək edəcək. Bundan əlavə, Səlahiyyət Bazası informasiya texnologiyalarının mürəkkəb terminologiyasını “işgüzar dildə” izah edərək rəqəmsal bacarıq və hədəf auditoriya üçün ümumi dil yaradır.
Səlahiyyət bazasının məqsədi aşağıdakı kimidir:
- KOM və mikromüəssisə işçilərinin rəqəmsal bacarıqlarının inkişafını dəstəkləyir;
- Şərqi tərəfdaş ölkələrində KOM-lar və mikromüəssisələrin rəqabət qabiliyyətinin, ixrac potensialının və innovasiyaların gücləndirilməsini dəstəkləyir;
- Rəqəmsal bazarın inkişafında KOM və mikromüəssisələrin iştirakını təşviq edir.
5. Milli koalisiyalar nədir? Onların ortaq fəaliyyətləri və məqsədləri nədir?
Milli koalisiyalar, milli səviyyədə ortaq və müəyyən edilmiş bir məqsədə çatmaq üçün birlikdə işləyən çoxtərəfli tərəfdaşlıqdır və onların Şərqi tərəfdaş ölkələrində yaradılması regionda rəqəmsal bacarıqların inkişafına nəzarət və koordinasiyanı gücləndirməklə yanaşı, Aİ-yə üzv dövlətlər və Şərqi tərəfdaş ölkələri arasında əməkdaşlığın yaxşılaşdırılmasında mühüm rol oynayacaq.
Milli koalisiyalar üzrə maraqlı tərəflərə İKT və İKT sahəsində intensiv şəkildə fəaliyyət göstərən şirkətlər, təhsil və təlim təminatçıları, dövlət sektoru, məşğulluq xidmətləri, birliklər, qeyri-kommersiya təşkilatları və sosial tərəfdaşlar daxildir.
Koalisiyalar, koalisiyanın yaradılması zamanı razılaşdırılmış müxtəlif yollarla rəqəmsal bacarıqları təbliğ edə bilərlər. Bəzi ölkələr rəqəmsal bacarıqlarla əlaqəli məlumatların toplanmasında fəal iştirak etməyə və ictimai sektorun müzakirələrində fəal iştirak etməklə rəqəmsal transformasiyanı stimullaşdırmağa imkan verən koalisiyalar ilə bağlı daha fəal yanaşma seçə bilərlər.
Artıq Ermənistan, Azərbaycanvə Ukrayna Rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiyasıyalar yaradıblar və digər Şərqi tərəfdaş ölkələrində bu cür koalisiyaların yaradılması ilə bağlı müzakirələr davam etdirilir.
6. Qarşıdan gələn beş il ərzində Şərqi tərəfdaş ölkələrində rəqəmsal bacarıqların təkamülünü necə təsəvvür edirsiniz? EU4Digital bu sahənin inkişafına necə kömək edəcək?
Rəqəmsal bacarıqlar, vətəndaşların rəqəmsal cəmiyyətdə fəallığını stimullaşdırmaqla istənilən rəqəmsal transormasiyanın uğur qazanmasında əsas katalizator rolunu oynayır. Hər hansı bir ölkədə iqtisadiyyatda və insan kapitalında artımı qoruyub saxlamaq üçün bu cür bacarıqlara ehtiyac çox vacibdir.
Şərqi tərəfdaş ölkələri gələcəkdə iqtisadi inkişaf üçün ən vacib bünövrə olan əmək bazarında rəqəmsal bacarıqlar üzrə tələb və təklif arasındakı əlaqəni təmin etməklə iqtisadi potensiallarını daha yaxşı reallaşdıra biləcəklər. Bundan əlavə, Şərqi tərəfdaş ölkələri sübutlara əsaslanan siyasətlərin planlaşdırılmasını dəstəkləyən milli strategiyalara daha dəqiq rəqəmsal bacarıqlarla əlaqəli məlumatları daxil edə biləcəklər.
Önümüzdəki illər ərzində EU4Digital proqramı çərçivəsində həyata keçirilən tədbirlər aşağıdakıları dəstəkləmək məqsədi daşıyır:
- Şərqi tərəfdaş ölkələri ilə Aİ arasında müqayisə aparmağa imkan verən, habelə ayrı-ayrı Şərqi tərəfdaş ölkələri arasında müqayisə və ümumi rəqəmsal bacarıqların inkişafı fəaliyyətlərini əlaqələndirmək, izləmək və prioritetləşdirmək üçün hər bir Şərqi tərəfdaş ölkəsində rəqəmsal bacarıqların səmərəli idarə olunması.
- Ümumi qaydada və Aİ təcrübəsinə uyğun olaraq məlumatlar toplamaqla müəyyənləşdirilmiş problem sahələrinin dəlillərə əsasən hədəf seçilməsi. Rəqəmsal bacarıqlar və məşğulluq üzrə koalisiyasıyaların rəqəmsal bacarıqlar ilə bağlı müəyyən edilmiş problemli sahələr üzrə səylərin əlaqələndirilməsində iştirak edəcəyi gözlənilir.
- Müxtəlif İKT və əmək bazarı ilə əlaqəli məsələlərin spesifik ehtiyaclarına uyğun siyasətlərin qurulmasını dəstəkləyəcək rəqəmsal bacarıqlara dair fəaliyyətlərin və strateji hədəflərin təsirinin ölçülməsi.