Rəqəmsal səlahiyyətlər bütün sənaye sahələrində və sektorlarda getdikcə daha çox rol oynamağa başlayır, çünki İKT və qeyri-İKT bacarıqları tələb edən vəzifələr arasındakı fərq getdikcə yox olmaq üzrədir. KOM-lar və mikromüəssisələrdə çalışan peşəkarlar işlə əlaqədar bir çox vəzifələr və/və ya sektorlararası (hibrid) vəzifələr, o cümlədən müxtəlif rəqəmsal səlahiyyətlər tələb edən vəzifələr icra edirlər.
Səlahiyyət bazası karyera və tədris yollarının, işgüzar vəzifələrin, təlim ehtiyaclarının və nəticələrin ortaq səlahiyyət bazası vasitəsi ilə təyin etməyə dəstək verir. Bu baza, ölçüsündən və fəaliyyət sahəsindən asılı olmayaraq regionda mövcud olan istənilən KOM üçün aydın bələdçi rolunu oynayacaq və adı çəkilən müəssisələrə lazımi rəqəmsal bacarıqları olan işçilərin tapılmasında, hazırlanmasında və işə götürülməsində kömək edəcək. Bundan əlavə, Səlahiyyət Bazası informasiya texnologiyalarının mürəkkəb terminologiyasını “işgüzar dildə” izah edərək rəqəmsal bacarıq və hədəf auditoriya üçün ümumi dil yaradır.
Səlahiyyət bazasının məqsədi aşağıdakı kimidir:
- KOM və mikromüəssisə işçilərinin rəqəmsal bacarıqlarının inkişafını dəstəkləyir;
- Şərqi tərəfdaş ölkələrində KOM-lar və mikromüəssisələrin rəqabət qabiliyyətinin, ixrac potensialının və innovasiyaların gücləndirilməsini dəstəkləyir;
- Rəqəmsal bazarın inkişafında KOM və mikromüəssisələrin iştirakını təşviq edir.