Rəqəmsal nəqliyyat dəhlizi: hava, avtomobil yolu, dəmir yolu və dəniz nəqliyyatı vasitəsilə daşınmanın bütün mərhələlərində məlumat mübadiləsi üzrə fiziki nəqliyyat dəhlizləri vasitəsilə məlumatlarla əlaqəli xidmətlər toplusudur. Buraya dövlət qurumları tərəfindən məlumatların daxil edilməsi, çatdırılma xidmətləri, bazar xidmətləri, bukinq və sifariş xidmətləri və zəncirvari xidmətlər kimi təchizat zəncirinin maraqlı tərəfləri üçün xidmətlər və tətbiqlər daxildir.
Logistika şirkətləri mal və xidmətləri sərhədlərdən keçirən zaman Şərq Tərəfdaşlığı ölkələrində və Aİ ölkələrində müxtəlif logistika sistemləri ilə qarşılıqlı əlaqədə olurlar. Bu, ölkələr arasında logistik məlumatların dərhal mübadiləsini ləngidən texniki maneələr yaradır. Bundan əlavə, logistika proseslərinin və inkişaf etməkdə olan informasiya sistemləri hüquqi bazası bu ölkələrdə eyni deyil, bu da logistika proseslərini daha uzun və mürəkkəb hala gətirir. Bu isə öz növbəsində daha yüksək logistika xərclərinə və malların və xidmətlərin verilməsində gecikmələrə səbəb olur.
Baltik və Qara dəniz arasında Rəqəmsal nəqliyyat dəhlizi, logistika zəncirinin iştirakçıları (ticarət ilə məşğul olanlar, nəqliyyat ekspeditorları, gömrük orqanları, digər dövlət qurumları və istehlakçılar) arasında məlumatların dərhal mübadiləsini həyata keçirmək, mal və xidmət axınını optimallaşdırmaq, vaxta və pula qənaət etməyə imkan verən logistika proseslərinin və elektron nəqliyyat məlumatı axınının təşkilinə kömək edir.
Loqistika məlumatlarının mübadiləsini asanlaşdırmaq və uyğunlaşdırmaq üçün Aİ Elektron yüklərin daşınması ilə bağlı məlumatlara dair Direktiv (eFTİ) qəbul edib və ittifaqa üzv dövlətlərin riayət etməli olduğu köməkçi normativ-hüquqi aktlar və qaydalar toplusu hazırlayır, o cümlədən dövlət qurumlarına elektron məlumatların qanuni olaraq tanınmasına imkan verən mərkəzləşdirilməmiş federal platformalar şəbəkəsinin qurulmasına doğru irəliləyir.
EU4Digital, Şərq Tərəfdaşlığı ölkələrində və həmin ölkələr arasında məlumat mübadiləsi, tənzimləmə bazası və təşkilati mexanizmlərdə texnoloji yanaşmanın sınaqdan keçirilməsi üçün Aİ-nin bu sahədə tətbiq etdiyi yenilikləri Şərqi tərəfdaş ölkələrində tətbiq etmək üçün hazırlıq tədbirləri işləyib hazırlamışdır. Bu baxımdan, ekspertlər Baltik və Qara dənizləri arasında Rəqəmsal nəqliyyat dəhlizinin yaradılması üçün hazırlıq tədbirləri müəyyən edərək üçillik proqram hazırlayıblar. İcra olunan proqramın məqsədi, Baltik və Qara dənizlər və ya regionun digər hissələri arasında nəqliyyat dəhlizi vasitəsilə davamlı logistik məlumat mübadiləsinin yaradılmasıdır.