
Home / Stay Informed /
Etimad və təhlükəsizlik Şərqi tərəfdaş ölkələrində nə dərəcə inkişaf edib? Bu region sözügedən sahədə qabaqcıl rəqəmsal iqtisadiyyatlardan nə qədər geridədir və bunun fəsadları necə ola bilər?
Date: 22/04/20
Şərq Tərəfdaşlığı ölkələri əlverişli rəqəmsal etimad xidmətləri sahəsində əsaslı texnoloji bazaya malikdirlər, lakin etimad xidmətlərinin qarşılıqlı tanınmasına nail olmaq üçün hələ çox iş görülməlidir. Şərq Tərəfdaşlığı ölkələri və Aİ-yə üzv dövlətlər arasında etimad xidmətlərinin transsərhəd qarşılıqlı tanınmasının təmin edilməsi, tənzimləyici və təşkilati bazalarda kifayət qədər uzlaşma tələb edir. Məqsəd normativ-hüquqi tələblərin, audit xidmətinin və uyğunluq qiymətləndirilməsinin eIDAS tələblərinə uyğunluğunu, texniki tədbirlərin eİDAS tələblərinə uyğunluğunu, məlumatların məxfiliyi və qorunması təcrübələrinin GDPR ilə uyğunluğunu, eləcə də qarşılıqlı tanınma üzrə etimadın təmsil olunmasını təmin etməkdir.
EU4Digital layihəsinin etimad və təhlükəsizlik sahəsində əsas vəzifələri, etimad xidmətlərinin qarşılıqlı tanınması prosesində potensial boşluqları müəyyən etmək və bu problemlərin aradan qaldırılması üçün əməli fəaliyyət planı və yardım təklif etməkdir. EU4Digital proqramı hər bir Şərq Tərəfdaşlığı ölkəsində etimad və elektron indetifikasiya xidmətlərinin hüquqi və texniki yetkinliyinin qiymətləndirilməsinə dair işləri yekunlaşdırıb. Elektron imza üzrə pilot layihələrə və sözügedən qiymətləndirmələrə əsaslanaraq EU4Digital, eIDAS və MRA təlimat kitabı tərəfindən müəyyən edilən təcrübələrə əsaslanaraq hər bir ölkəyə xas transsərhəd qarşılıqlı tanınma üzrə fəaliyyət planları hazırlayıb. Verilən tövsiyələrin məqsədi ölkələrin transsərhəd qarşılıqlı tanınma üçün növbəti hazırlıq səviyyəsinə çatmasına kömək etməkdir.