
Home / Stay Informed /
EU4Digital Şərq Tərəfdaşlığı ölkələrində DESI-nin tətbiqi üçün hansı işləri görür?
Date: 06/04/20
EU4Digital proqramının Rəqəmsal bacarıqlar tematik sahəsi DESI sürətləndiricisinə dair fəaliyyətlərini 2023-cü il mayın 30-da həyata keçirməyə başlayıb. EU4Digital proqramının DESI sürətləndiricisinin əsas məqsədi Şərq Tərəfdaşlığı ölkələrində Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksinin icrasına və bu ölkələr tərəfindən DESI göstərici toplusunun qəbuluna şərait yaratmaqdır. Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksində üzv dövlətlərdə dörd əsas sahədən üçünün əhatə olunması gözlənilir. Buraya insan kapitalı, rəqəmsal texnologiyaların inteqrasiyası və dövlət xidmətlərinin inteqrasiyası daxildir. EU4Digital proqramın digər tematik sahəsi çərçivəsində bağlantı sahəsindəki məlumatlar toplusu ölçülür.
İlk mərhələdə EU4Digital Şərq Tərəfdaşlığı ölkələrində cari və nəzərdə tutulan məlumatların toplanması təcrübələri arasındakı boşluqları təhlil edir. Biz Aİ metodologiyalarına uyğun olaraq DESI göstəricilərinin tam toplusunun həyata keçirilməsi istiqamətində regional və milli səviyyələr üzrə tətbiq oluna bilən tövsiyələr hazırlayacağıq. Bu tövsiyələr ölkələrdə DESI göstəriciləri üzrə məlumatların toplanmasının cari vəziyyətinə əsaslanacaq. Şərq Tərəfdaşlığı ölkələrindəki maraqlı tərəflər məlumatlar təqdim etməli və hesabatları yoxlaya bilməlidirlər.
DESI sürətləndiricisi, həmçinin DESI toplusunun qəbuluna kömək etmək üçün dəstək və bacarıqların artırılmasını təmin edəcək. Bu, Şərq Tərəfdaşlığı ölkələrini Aİ-yə üzv dövlətlər ilə bacarıqların artırılması və təcrübə mübadiləsi fəaliyyətlərinə cəlb edəcək, DESİ göstəricilərinin ölçülməsi üzrə təlim və məsləhətlərin təmin edilməsinə imkan yaradacaq və məlumatların toplanması və ölçülməsi ilə məşğul olan qurumların potensialını artıracaq. Burada əsas diqqət milli təlim və məsləhətləşmələrə, eləcə də regional fəaliyyətlərə yönələcək. DESI sürətləndiricisi maliyyələşmənin təmin edilməsi üçün nəzərdə tutulmayıb, lakin bu alət DESI göstəricilərinin toplanması üçün tam metodoloji dəstək və uyğunlaşdırılmış qabaqcıl təcrübələri təmin edəcək.
- Elektron bacarıqlar