
Home / Stay Informed /
Rəqəmsal bacarıqlar nə üçün bu dərəcədə vacibdir və önümüzdəki beş il ərzində Şərq Tərəfdaşlığı ölkələrində bu bacarıqların inkişafı hansı səviyyədə olacaq? EU4Digital bu sahənin inkişafına necə kömək edəcək?
Date: 06/04/20
Rəqəmsal transformasiya Şərq Tərəfdaşlığı ölkələri üçün davamlı iqtisadi inkişaf tempinin qorunub saxlanılmasında, insan kapitalının inkişafının təmin edilməsində və dövlət idarəçiliyinin təkmilləşdirilməsi prosesində əsas katalizatorlardan biridir. Avropa İttifaqı rəqəmsal təhsil sahəsində imkanların təmin edilməsi vasitəsilə Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin bir milyon vətəndaşının rəqəmsal texnologiyalar sahəsində səlahiyyətləndirilməsi işinin əsasını qoymağı planlaşdırır və EU4Digital təşəbbüsünün Rəqəmsal bacarıqlar şəbəkəsi bu məqsədləri dəstəkləyən fəaliyyətlər həyata keçirir. Seçilmiş hədəflərdən biri kiçik və orta sahibkarlıq müəssisələri (KOB-lar) üçün yaradılan rəqəmsal səriştə sisteminin köməyi ilə rəqəmsallaşma prosesində müşahidə olunan qeyri-bərabərliyi aradan qaldırmaqdır. EU4Digital bu sahədə bacarıqlara dair təlimlərin keçirilməsində və mentorluq proqramlarının icrasına şərait yaratmaq, eləcə də hər bir ölkə üçün ayrıca metodologiyaların hazırlaması məqsədilə regional EU4Digital Akademiyası platformasının yaradılmasına dəstək verir. EU4Digital proqramı həmçinin regional Rəqəmsal Bacarıqlar şəbəkəsinin fəaliyyətini dəstəkləyir.
EU4Digital proqramının I mərhələsi çərçvəsində Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksinə (DESI) uyğun olaraq ŞT-də rəqəmsal bacarıqlar sahəsində mövcud boşluqların ölçülməsi və proqnozlaşdırılması üçün metodologiyanın hazırlanması işinə əsaslanaraq EU4Digital proqramı DESİ sürətləndiricisini istifadəyə verib. DESİ sürətləndiricisinin köməyilə Şərq Tərəfdaşlığı ölkələrinin DESI göstəricilərinin tam dəstini yaratması və istənilən metodoloji dəyişiklikləri müstəqil və davamlı şəkildə həyata keçirə bilməsi gözlənilir. Bunun üçün milli statistika idarələrinin səmərəli fəaliyyəti və sübut olunmuş sistematik məlumat toplama mexanizmləri tələb olunur. Bu bacarıqlarla Şərq Tərəfdaşlığı ölkələri sübutlara əsaslanan siyasətlərin planlaşdırılmasını dəstəkləyən milli strategiyalara daha dəqiq rəqəmsal performans ilə əlaqəli məlumatları daxil edə biləcəklər. Bundan əlavə, DESİ Aİ-nin Rəqəmsal Onilliyi ilə daha da sıx bağlı olduğundan, beş ildən sonra Şərq Tərəfdaşlığı ölkələri vahid şəkildə və Aİ-nin təcrübələrinə uyğun məlumat toplamaq imkanına malik olmalıdırlar.
- Elektron bacarıqlar