EU4Digital təşəbbüsü çərçivəsində transsərhəd əməkdaşlığa dəstək məqsədilə bir sıra fəaliyyətlər və pilot layihələr icra olunur. Elektron ticarətin aşağıdakı sahələrini uyğunlaşdırmaq diqqət mərkəzindədir:
- Transsərhəd elektron ticarət: müxtəlif ölkələrin ticarət tərəfdaşları (məsələn, müəssisələr və hökumət) arasında sənədlərin çap olunmadan mübadiləsi.
- Elektron gömrük: logistika işi ilə gömrük orqanları arasında gömrük məlumatlarının sistematik və avtomatlaşdırılmış mübadiləsi (məsələn, gəlişindən əvvəl məlumat mübadiləsi, risklərin qiymətləndirilməsi, məlumatların müqayisəsi, gömrük nəzarətinin nəticələri).
- Rəqəmsal nəqliyyat dəhlizi: hava, avtomobil yolu, dəmir yolu və dəniz nəqliyyatı vasitəsilə daşınmanın bütün mərhələlərində məlumat mübadiləsi üzrə fiziki nəqliyyat dəhlizləri vasitəsilə məlumatlarla əlaqəli xidmətlər.
- Elektron kommersiya: kompüter şəbəkələrində aparılan elektron əməliyyatlar vasitəsilə malların satışı.
- Şəbəkələrin qurulması: Şərqi tərəfdaş ölkələrindən olan maraqlı tərəfləri Aİ-də olan həmkarları ilə elektron ticarətdə olan tendensiyaların, fəaliyyətlərin və işlərin gedişatı ilə əlaqədar məlumatların mübadiləsinə və əlaqələrin qurulmasına cəlb etmək.