
Home / Stay Informed /
EU4Digital elektron imza üzrə pilot layihələri hansı ölkələr arasında sınaqdan keçirib? Pilot layihələrin hansı nəticələri var?
Date: 22/04/20
EU4Digital Ukrayna, Moldova və Estoniya arasında texniki cəhətdən etibarlı transsərhəd elektron imza üzrə pilot layihələr tətbiq edib. Buna nail olmaq üçün, pilot layihədə iştirak edən ölkələr əvvəlcə zaman işarəsinin qoyulması, doğrulama mexanizmləri və sertifikat statusunun yoxlanılması komponentləri daxil olmaqla ümumi prinsip və formatlar ilə bağlı razılığa gəlməli idilər. İlk baxışdan ümumi prinsiplər sadə görünə bilər, amma praktiki baxımdan fərqli ölkələrdə texniki cəhətdən işlək və qarşılıqlı fəaliyyət göstərə bilən elektron imza həllini təmin etmək üçün çox tərəfli mühitdə kompleks əlaqələndirilmiş tədbirlər tələb olunurdu.
Elektron imza üzrə pilot layihə həmçinin tənzimləmə və texniki baxımdan mövcud boşluqları və maneələri müəyyən etməyə kömək edir. Bu baxımdan elektron imza üzrə pilot layihələr ŞT ölkələrində və Aİ-də elektron identifikasiya və etimad xidmətləri mühitinin daha da uyğunlaşdırılması üçün zəmin yaratdı. Bundan əlavə, bütün Şərq Tərəfdaşlığı ölkələrində tətbiqi üçün ümumi təcrübə və qaydalar mövcuddur.