
Home / Stay Informed /
Açıq-aydın görünür ki, irəlidə hələ çox iş görülməlidir: EU4Digital təşəbbüsü Avropa ölkələri ilə tərəfdaş ölkələr arasında adı çəkilən sahədə mövcud olan uyğunsuzluqları aradan qaldırmağa necə yardım edir?
Date: 06/04/20
Rəqəmsal bacarıqlar sahəsində uyğunsuzluqları aradan qaldırmaq məqsədilə ilk növbədə qiymətləndirmə tələb olunur. Bunun üçün maarifləndirilmə işi gücləndirilməli və rəqəmsal bacarıq və iş yerlərinin təşviqi üçün səylər əlaqələndirilməlidir. 2014-cü ildən etibarən rəqəmsal iqtisadiyyat və cəmiyyətə doğru irəliləyişlər Aİ-yə üzv dövlətlərin hamısında Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksinə (DESI) və Rəqəmsal bacarıqlar indeksinə (DSI) əsasən ölçülür. Lakin 2015-ci ildə həyata keçirilən Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal bazarların uyğunlaşdırılmasına dair tədqiqatda Şərq Qonşuluğu regionunda rəqəmsal bazarların Aİ-nin Vahid rəqəmsal bazarına uyğunluğu və inteqrasiyası qiymətləndirilib, o cümlədən region boyunca rəqəmsal bacarıqlar sahəsində uyğunsuzluqların sistematik qaydada ölçülmədiyi aşkar edilmişdir.
EU4Digital proqramı Aİ-nin Şərq Qonşuluğu regionu üzrə təcrübəsinə uyğun vahid metodologiyanın hazırlanması vasitəsilə rəqəmsal bacarıqların ölçülməsini dəstəkləməyi planlaşdırır.
Rəqəmsal bacarıqlar ilə əlaqədar təşəbbüslərin əlaqələndirilməsi, maarifləndirmə işinin gücləndirilməsi, qabaqcıl təcrübələrin qəbul edilməsi və bölüşdürülməsi üçün Şərqi tərəfdaş ölkələrində rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiyalar qurulmalı və region Avropa Böyük Rəqəmsal İşlər Koalisiyasına inteqrasiya edilməlidir. Hal-hazırda üç tərəfdaş ölkə – Ermənistanda (2017-ci ildə), Ukraynada (2019-cu ildə) və Azərbaycanda (2020-ci ildə) milli koalisiyalar yaradılıb və Moldova və Gürcüstanda isə bu istiqamətdə müvafiq işlər görülməkdədir.
EU4Digital proqramı, Şərqi tərəfdaş ölkələrində milli koalisiyaların yaradılmasını dəstəkləyir.
Nəhayət, mikromüəssisələr və KOM-ların işçi qüvvəsi arasında rəqəmsal bacarıqların inkişafı həyati-vacib əhəmiyyət daşıyır. KOM-lar regionda iqtisadiyyatın inkişafına təsir göstərən mühüm amillərdəndir, çünki özəl sektorda məşğulluğun cəmi 57%-ni təşkil etmələrinə rəğmən şirkətlərin 99%-i onların payına düşür. Müqayisə üçün qeyd edək ki, Aİ-də KOM-lar məşğulluğun əhəmiyyətli hissəsini (yeni işlərin 85%-i KOM-lar tərəfindən yaradılır) təşkil edir. Onların tam potensialını maneəsiz şəkildə ortaya çıxarmaq üçün böyük məlumatların təhlili və alətləri, bulud əsaslı kompüter texnologiyası və vizualizasiya, mobil tətbiqlərin dizaynı və hazırlanması, veb-tərtibat və alətləri, İT arxitektura və təhlükəsizlik bacarıqları kimi Şərqi tərəfdaş ölkələrində olan sahibkar və sürətlə böyüyən KOM-lara çoxsaylı rəqəmsal səriştə tələb olunacaq.
EU4Digital proqramı, Aİ-nin Rəqəmsal səlahiyyət bazalarına əsaslanaraq Şərqi Qonşuluq regionunda KOM-lar və mikromüəssisələr üçün vahid rəqəmsal bacarıqların səlahiyyət bazasının yaradılması ilə KOM-ların rəqəmsal bacarıqlarının təkmilləşdirilməsinə dəstək verməyi planlaşdırır.
- Elektron bacarıqlar