
Home / Stay Informed /
EU4Digital elektron idarəçilik sahəsində müsbət dəyişikliklər yaradan dövlət xidmətləri üzrə islahatlara necə töhfə verir?
Date: 22/04/20
Ənənəvi olaraq elektron hökumətin inkişafı zamanı ölkələr səylərinin və qaynaqlarının çoxunu dövlət və ictimai sektor əməliyyatlarının müştəriyə aid hissəsinin, yəni xidmətlər və portallar kimi geniş ictimaiyyətin daha çox göz önundə olduğu və cəld nəticə verən texnoloji həlləri rəqəmsallaşdırmağa sərf edirlər. Bu parçalanmış yanaşma rəqəmsal hökumətin əsaslarına, yəni məlumatların rəqəmsallaşdırılması, qarşılıqlı fəaliyyət, elektron kimlik, çıxış imkanı, qanunvericilik, idarəçilik və standartların həm milli, həm də beynəlxalq səviyyədə uyğunlaşdırılması sahələrini diqqətdən kənarda qoyur. Bu yanaşma son nəticədə “göz önündə olan” həllərin (məs. xidmətlər və portallar) texniki xidmətinin və idarə edilməsinin mürəkkəbləşməsinə və baha başa gəlməsinə səbəb olur, investisiya prosesləri isə daha da mürəkkəbləşir və daha az gəlir gətirir. Nəticədə, rəqəmsal inkişaf prioritetlərinin hökumətin qərarvermə səviyyəsində başa düşülməməsi, strateji prioritetlər və onların faktiki həyata keçirilməsi arasında “böyük boşluq” yaradır.
Bu strateji, uzunmüddətli və sistemli dövlət idarəçiliyi təşəbbüsləri elektron idarəçilik bazası ilə dəstəklənəcək və elektron idarəçiliyin digər cəhətlərinin müvəffəqiyyətli olması üçün əvvəlcə hansı bazaların qurulmasının tələb olunduğunu göstərəcək. Belə bir bazanın istifadəsi hökumətlərə cəmiyyətlərin yararlana biləcəyi rəqəmsal hökumətin əsaslarının vaxtında və sistemli şəkildə inkişaf etdirilməsi üçün rəhbər mexanizm – ictimai sektorda səmərəlilik, rəqəmsal xidmətlər, məlumatlara əsaslanan həllər və elektron cəmiyyətdə iştirak təmin edə bilər.
Elektron idarəçilik bazası hökumətin rəqəmsal yetkinliyinin mövcud vəziyyətini qiymətləndirmək və yaradılmayan və ya təkmilləşdirilməsi tələb olunan problemli sahələri müəyyən etməyə zəmin yaradacaq. O, həmçinin dövlət idarələrinə elektron idarəçilik bazalarının rəqəmsallaşma prioritetlərinə təsirini başa düşməyə, eləcə də elektron idarəçilik bazasının yeniliklərini rəqəmsal transformasiya proqramına inteqrasiya etməyə kömək edəcək.